Icma.az
close
up
RU
Atəşkəsə hazırlıq, yoxsa müharibədə yeni faza?

Atəşkəsə hazırlıq, yoxsa müharibədə yeni faza?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ilə Ukrayna danışıqların bir addımlığındaykən...Son dövrlərdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə gedən proseslər daha da intensivləşib. Xüsusilə qeyd etmək lazımdır ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda aparılan ABŞ-Rusiya danışıqları, o cümlədən martın 10-da Ciddə şəhərində baş tutan ABŞ-Ukrayna danışıqlarında müəyyən nailiyyətlər əldə olunub, hətta ABŞ rəsmilərinin son açıqlamaları yaxın zamanda Moskva ilə Kiyev arasında atəşkəs sazişinin imzalanması ehtimalını da artırır. Lakin buna baxmayaraq, cəbhə xəttində tam fərqli vəziyyət müşahidə olunur, demək olar ki, hər iki tərəfin ərazisində hərbi əməliyyatlar və döyüşlər daha aktiv mərhələyə qədəm qoyub. Başqa sözlə, münaqişə tərəflərinin emosiyalarının artdığını görürük.  Prezident Vladimir Putinin Kurskda son durum ilə tanış olmaq üçün bölgəyə hərbi formada gəlməsi xüsusi diqqət çəkir. Bir yandan atəşkəslə bağlı açıqlamalar səsləndirilməsi, digər tərəfdən isə qızğın döyüş əməliyyatlarının getməsi ilk baxışdan paradoksal görünsə də, bunun səbəbləri maraq doğurur.

Hər iki tərəf öz məqsədinə nail olmağa çalışır

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, atəşkəs sazişinin imzalanmasına qədər cəbhədə intensiv döyüş əməliyyatları davam edəcək. Onun sözlərinə görə, müharibə aparan tərəflər öz məqsədlərinə nail olmağa çalışırlar. “Tarix boyu istər atəşkəs sazişi, istərsə də sülh müqaviləsi ilə bağlı danışıqlar başlamamazdan öncə istənilən dövlətin hədəfində cəbhədə daha çox irəliləmək, öz hərbi mövqelərini möhkəmləndirmək və hər hansı strateji əhəmiyyətli nöqtəni ələ keçirmək ilkin prioritet olub. Münaqişə tərəfləri - Rusiya və Ukrayna da bu mövqedən çıxış edirlər. Hazırda Rusiya Ukraynanın cənub-şərq əraziləri - Donbas, Luqansk, Xerson və Zaporojye bölgələrində daha çox ərazini nəzarətə götürmək, Ukrayna isə rus qoşunlarının irəliləməsinin qarşısını almaq və öz mövqelərini qorumaq niyyətindədir. Moskva öz istəklərinə nail olacağı təqdirdə danışıqlar masası arxasına daha güclü oturacaq və masada sadalanan dörd vilayət üzərində de-fakto nəzarətinin tanınmasını tələb edəcək”.

Atəşkəs Ukrayna üçün lazımdır

Politoloq vurğulayıb ki, Kurskda Ukrayna ordusu çox ağır və acınacaqlı vəziyyətlə qarşılaşıb: “Rusiya Ukrayna qoşunlarını Kurskdan tam çıxarmayana qədər atəşkəsə razılıq verməyəcək. Proses hələ ki, bu cür davam edəcək. Ukraynaya gəlincə,  hazırda rəsmi Kiyevin atəşkəsə ehtiyacı var. Ukraynanın Kurskda 10 minə yaxın qoşunu mühasirəyə düşüb. Həm irəliləmək, həm də geri çəkilmək baxımından ciddi problemlərlə üzləşiblər. Atəşkəs Kiyevə ona görə lazımdır ki, Kurskdakı Ukrayna ordusu tam məhv olmasın və xüsusi dəhliz vasitəsilə öz qoşunlarını bölgədən sağ-salamat çıxartsın”.

ABŞ çıxılmaz vəziyyətdə qala bilər

A.Nərimanlı bildirib ki, Kremlin ABŞ-ın atəşkəs təklifi ilə razılaşmayacağı təqdirdə Vaşinqton Ukraynaya hərbi dəstəyi davam etdirə və Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər. Amma: “Rusiya nüvə ölkəsi olduğu üçün Vaşinqton Moskva ilə açıq qarşıdurmaya girməyəcək. Eyni zamanda, Ukraynanı yenidən silahlandırıb müharibəni uzatmaq ABŞ-ın hazırki administrasiyasının strategiyasına uyğun deyil. Hazırki hakimiyyət Ukraynada müharibənin tez bir zamanda sona çatmasında maraqlıdır. O ki qaldı Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketlərinə, üç il ərzində istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən  tətbiq olunan sanksiyalar Rusiyanı tam sıradan çıxara bilməyib. Bəli, Moskvanın strateji enerji resurslarına sanksiya tətbiq etməklə Rusiya iqtisadiyyatına ciddi zərbə vurmaq olar. Ancaq bunun özü də Avropanın enerji təhlükəsizliyini təhlükə altına salacaq. Həmçinin Rusiya öz neft və qazını tədarük etmək üçün alternativ bazarlar tapıb. Vaşinqton bunu çox yaxşı başa düşür”.

Rusiya atəşkəsdə maraqlı görünmür

Hərbi ekspert Ramin Məmmədlinin fikrincə, Rusiya Ukrayna və Qərb tərəfindən bütün tələblərinin yerinə yetiriləcəyi təqdirdə atəşkəsə razı olacaq. O bildirib ki, Moskva Ukraynada daha böyük ərazəyə sahib olmaq niyyətindədir: “Ukrayna ilə bağlı səsləndirilən bütün fikirlərdə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Sözsüz ki, bu, Rusiyanın siyasi tələbləri və hərbi-strateji ambissiyaları ilə bağlıdır. Moskvanın tələbləri budur ki, Ukrayna Qərblə hərbi əməkdaşlıq etməməli, NATO-ya üzv olmamalı, Ukrayna tam tərkisilah olunmalı və Ukraynanın Donbas, Luqansk, Xerson və Zaporojye vilayətləri Rusiyanın nəzarətinə verilməlidir. Bu səbəbdən Vaşinqton tərəfindən irəli sürülən atəşkəs sazişi Kreml üçün keçərli deyil. Putinin başlıca məqsədi Ukraynanı kapitulyasiyaya məruz qoymaqdır,” - deyə R.Məmmədli əlavə edib: “Bildiyimiz kimi, rus ordusu Kursk vilayətinin Suca şəhəri üzərində nəzarəti bərpa edib. Kurskda işlərini bitirdikdən sonra Rusiya silahlı qüvvələri Sumi istiqamətində Ukraynanın sərhədini keçib Xarkova daxil olmağa çalışacaqlar. Onu da qeyd edib ki, artıq rus ordusu Zaporojye şəhərinə yaxınlaşırlar. Moskva Ukraynanı istədiyi sülhə məcbur etməkdə iddialıdır.

Yunis ABDULLAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Mart 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri