Icma.az
close
up
RU
Atəşkəsin əldə olunmasında bu dövlətlərin rolu var Politoloq

Atəşkəsin əldə olunmasında bu dövlətlərin rolu var Politoloq

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“Atəşkəsin əldə olunmasında 3 dövlətin – Pakistan, Türkiyə və Çinin rolu olub. Bu 3 dövlət davamlı olaraq müharibəni dayandırmağa və tərəfləri danışıqlara başlamağa təşviq edirdi. Tərəflər arasında razılaşma məqsədilə Pakistanda danışıqlar başlaya bilər. İslamabad müharibənin davamından ən çox narahat olan ölkələrin başında gəlir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bunun bir neçə səbəbi olduğunu bildirib:

“Birincisi, Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. İki ölkə arasında 2015-ci ilin sentyabr ayında imzanan “Birgə Strateji Müdafiə Sazişi” mövcuddur. Sazişə görə, Səudiyyə Ərəbistanına hücum halında Pakistan müttəfiqinə əməli dəstək verməlidir və tərsinə. Ona görə də, İran Səudiyyə Ərəbistanına raket və dronlar atdıqda İslamabad çətin vəziyyətdə idi. Pakistan sazişə riayət etməli, ancaq eyni zamanda İranla müharibənin risklərini hesablamaq mıəcburiyyətində idi. İkincisi, İslamabad müharibədən faydalanmaq istəyən silahlı bəlucların iki ölkə sərhədində gərginlik yaradacaqlarından ehtiyat edirdi. İslamabadı müharibəni dayandırmaq məqsidlə Vaşinqton və Tehranla sıx dialoqu davam etdirməyə məcbur edən üçüncü səbəb də var idi. İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra Pakistanın şiə müsəlman icması etirazlara başladı. Nümayişçilər hücumları pislədilər və "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları ilə İranla həmrəyliklərini ifadə etdilər. Etirazçılar həmçinin Pakistan hökumətini münaqişə zamanı ABŞ-nin tərəfini tutmaqda günahlandırdılar. Etirazçılar ABŞ-nin Karaçidəki konsulluq binasına daxil olmağa çalışdılar, polislə toqquşma nəticəsində etirazçılar arasında ölən və yaralananlar oldu. Ona görə də İrana qarşı müharibənin dayandırılması Pakistan üçün həyati əhəmiyyət daşıyırdı”.

E.Şahinoğlu bildirib ki, Pekin də müharibənin dayandırılmasına çalışırdı:

““Associated Press” agentliyinin məlumatına görə, Pekin Tehranı ABŞ-la atəşkəs razılaşmasına inandıra bilib. Buna baxmayaraq, “Bloomberg” agentliyinin məlumatlına görə, Pekində hesab edirlər ki, ABŞ İran neftinin satışı üzərində nəzarət istəyindən əl çəkməyib və bu siyasət Çinə qarşı yönəlib. Halbuki, atəşkəs razılaşmasına görə, Vaşinqton İrana öz neftini satmağa mane olmayacaq. Digər tərəfdən Hörmüz boğazının tankerlərin hərəkəti üçün açılması Çin üçün əhəmiyyətlidir. Hər halda Çin neft ehtiyatlarını artırmağa çalışacaq ki, dünyanın müxtəlif bölgələrindəki müharibələr ölkənin enerji imkanlarını tükəndirməsin. Pekin və Moskva bundan sonra İrandakı rejimin müharibədən əvvəlki hərbi gücünün bərpasına çalışacaqlar. İran neft əvəzinə Rusiya və Çindən hərbi texnika almağa çalışacaq. Halbuki, İranın ötənilki müharibədən sonra Çindən aldığı hava müdafiə sistemləri işə yaramadı. ABŞ və İsrail müharibənin ilk günlərində Çindən alınan hava müdafiə sistemlərini dağıtdılar”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Aprel 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri