Atəşkəsin taleyi İstanbulda həll olunacaq yeni görüşün vaxtı açıqlandı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Əfqanıstan və Pakistan sərhəd vəziyyətinin nizamlanması ilə bağlı danışıqları davam etdirmək və noyabrın 6-da İstanbulda yeni görüş keçirmək barədə razılığa gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda bildirilib.
“Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25-30 oktyabr tarixlərində İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə 18-19 oktyabrda Dohada Əfqanıstan və Pakistan tərəfindən razılaşdırılmış atəşkəs rejimini möhkəmləndirmək məqsədilə görüşlər keçiriblər. Bütün tərəflər atəşkəsin davam etdirilməsinə razılaşıblar. Əlavə icra üsulları noyabrın 6-da İstanbulda rəhbərlər səviyyəsində keçiriləcək görüşdə müzakirə ediləcək və müəyyən ediləcək”, – bəyanatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla əvvəlki raundların məqbul nəticə verməməsindən sonra danışıqları bərpa etmək qərarına gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Oktyabr 2025 00:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















