ATƏT də veto hüququna qarşı yeni format yaradılması təklif olunub
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ATƏT-də veto hüququna qarşı yeni format yaradılması təklif olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimində çıxış edib.
Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişələr var və onların yaxın gələcəkdə həlli mümkün görünmür:
"Asiyada, Cənubi-Şərqi Asiyada mürəkkəb vəziyyət müşahidə olunur. Əgər AQEM bunlarla bağlı adekvat tədbirlərini yarada və təqdim edə bilsəydi, bəlkə də bu qarşıdurmaların, zorakılığın qarşısını almaqda rol oynaya bilərdi".
F.Şəfiyev təşkilat daxilində müəyyən koordinasiyanın vacib olduğunu söyləyib:
"Əgər könüllü şəkildə "Gəlin, bunu edək" deyilsəydi, yaxud postmünaqişə mərhələsində tədbirlər tətbiq edilsəydi, ən azından müəyyən koordinasiya yaranmış olardı. Məsələn, ATƏT "Soyuq müharibə"nin məhsulu idi. Məqsəd konsensus əsasında danışıqlar aparmaq idi. İndi isə görürsünüz, əslində, bu təşkilat iflic vəziyyətinə düşüb.
BMTM rəhbəri hesab edir ki, bu qurumun taleyini yaşamamaq üçün tədbirlər görmək mütləqdir:
"Çünki biz büdcəni qəbul edə bilmirik, işlər irəliləmədiyi üçün uğursuzluq yaşanır. Bəli, bu, konsensus əsasında fəaliyyət göstərən bir təşkilatdır, ancaq davamında birgə fəaliyyət də vacibdir. Fikrimcə, "Minus bir" formatını yaratmalıyıq ki, bir ölkənin bütöv təşkilatı iflic vəziyyətinə salmasına (bir ölkənin bütün təşkilatın qərarına veto qoymaq hüququ - red.) imkan verilməsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















