Icma.az
close
up
RU
ATƏT in Komitə sədri iştirakçı dövlətlərə çağırış etdi

ATƏT in Komitə sədri iştirakçı dövlətlərə çağırış etdi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev bu gün ATƏT iştirakçı dövlətlərini artan çağırışlar fonunda dayanıqlılığın gücləndirilməsi istiqamətində səyləri artırmağa çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə ATƏT PA-nın bu gün yaydığı rəsmi məlumatda deyilir.

Vyanada keçirilən ATƏT-in 2025-ci il Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə İcra Görülməsi Yığıncağının bağlanış sessiyasında çıxış edən Quliyev vurğulayıb ki, dayanıqlılıq yalnız bərpadan ibarət deyil – bu, həm də qabaqlama, hazırlıq və yaxşı idarəetmə deməkdir.

Quliyev iqlim böhranını getdikcə artan təhlükəsizlik təhdidi kimi səciyyələndirərək bildirib ki, misli görünməmiş istilər ekstremal hava hadisələrini gücləndirib, bioloji müxtəlifliyi zəiflədib və enerji sahəsindəki həssaslıqları üzə çıxarıb. Bu vəziyyət təxirəsalınmaz azaldılma, uyğunlaşma və maliyyələşdirmə tədbirləri tələb edir, – deyə o vurğulayıb.

O qeyd edib ki, münaqişələr mövcud çağırışları daha da dərinləşdirərək “fəlakət gücləndiricisinə” çevrilir. Quliyev xatırladıb ki, ATƏT PA-nın Porto Bəyannaməsində Assambleya Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsini kəskin şəkildə pisləyib. Bu müharibə ekoloji fəlakətlərə, əlaqələrin pozulmasına və emissiyaların artmasına səbəb olub.

Quliyev həmçinin vurğulayıb ki, regional münaqişələr həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına, təbii fəlakətlərə qarşı cavab vermə qabiliyyətinin zəifləməsinə gətirib çıxarıb. Eyni zamanda, korrupsiya dövlət institutlarının həm təbii, həm də insan tərəfindən törədilən fəlakətlərə cavab vermə imkanlarını zəiflədir və ictimai etimadı ciddi şəkildə aşındırır. Bu isə dövlət reaksiyalarının effektivliyini daha da azaldır. “Odur ki, bu mənfi dövrəni qırmaq əsas prioritet olmalıdır,” – deyə o bildirib.

Quliyev eyni zamanda müsbət dinamikanı göstərən bir sıra nümunələrə də toxunub. O, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını qeyd edərək bunun regionda əməkdaşlığın yeni mərhələsinə yol açdığını vurğulayıb.

İrəliyə baxaraq Quliyev ATƏT iştirakçı dövlətlərini erkən xəbərdarlıq sistemləri, risk xəritələşməsi və məlumat mübadiləsi, fəlakətlərə hazırlıq və iqlim şokları üçün ehtiyat fondları sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb. O, həmçinin süni intellekt və kvant hesablama texnologiyalarının ətraf mühitin monitorinqi və risk proqnozlaşdırılmasında çevriliş yarada biləcək potensialını vurğulayıb.

Sonda Quliyev Mərkəzi Asiya, Xəzər və Aralıq dənizi kimi həssas regionlarda transsərhəd resursların idarə edilməsinin gücləndirilməsinin zəruriliyini önə çəkib. “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün region üçün ciddi ekoloji, iqtisadi və sosial risklər yaradır. Ona görə də Xəzərin ekoloji balansının bərpası həyati əhəmiyyət daşıyır,” – deyə o qeyd edib.

Bu kontekstdə Quliyev bildirib ki, parlamentlər dövlət institutları ilə yerli icmalar arasında körpü rolunu oynaya, icra hakimiyyətlərinin tədbirləri üçün geniş ictimai dəstək formalaşdıra, qanunvericiliyi təkmilləşdirə və lazımi resursların ayrılmasını təmin edə bilərlər. “Öhdəlikləri real və təsirli fəaliyyətə çevirmək üçün parlamentlərin rolundan daha səmərəli istifadə etməliyik,” – Quliyev yekunlaşdırıb.

Vyanada olduğu müddətdə Quliyev ATƏT-in Daimi Şurasının gələcək sədri səfir Nägeli, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri səfir Župevc və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru səfir Cüsupov ilə görüşərək prioritetləri bölüşüb və ATƏT-in icra strukturları ilə gündəlikləri uzlaşdırıb.

Bu gün günortadan sonra o, ATƏT PA-nın İqtisadi və Ətraf Mühit Komitəsinin rəsmiləri və bir neçə Xüsusi Nümayəndə ilə birgə (hibrid formatda) görüş keçirərək son yeniliklər barədə məlumat verəcək və iqtisadi və ekoloji təhlükəsizlik sahəsində daxili sinerjiləri gücləndirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Oktyabr 2025 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri