ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
ATƏT Parlament Assambleyasının illik sessiyası zamanı Azərbaycan nümayəndə heyəti Belarusa dəstəyini ifadə edib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
Bilidirilib ki, iyulun 4-də ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən illik sessiyası öz işinə başlayıb.
"Sessiya çərçivəsində Belarusa qarşı siyasi təzyiq xarakteri daşıyan bir sıra təşəbbüslər irəli sürülüb.Belə ki, İsveç nümayəndə heyətinin rəhbəri Byorn Söderin təşəbbüsü ilə ATƏT PA çərçivəsində "Demokratik Belarus uğrunda" adlı qeyri-rəsmi qrup yaradılıb, həmçinin Belarusda insan hüquqlarının vəziyyətinə dair ayrıca qətnamə layihəsi təqdim edilib", - deyə qeyd olunub.
Mənbənin məlumatına əsasən, bu təşəbbüslər sessiyanın gündəliyində Belarus məsələsinin xüsusi diqqət mərkəzində saxlanıldığını göstərir:
"Qətnamə layihəsi üzrə Assambleyanın Daimi Komitəsində keçirilmiş səsvermə zamanı Azərbaycan nümayəndə heyəti sənədin əleyhinə səs verib, b
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
ununla da Belarusa dəstəyini ifadə edib".
Baxış sayı:178
Bu xəbər 04 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















