Icma.az
close
up
RU
ATƏT PAnın vitseprezidenti: İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir AZƏRTAC

ATƏT PAnın vitseprezidenti: İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 18-də COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Pere Joan Pons ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə COP29-un və Parlament Görüşünün uğurla təşkili, bu tədbirlər zamanı aparılan müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün ölkələr iqlim dəyişikliyindən təsirlənir və onunla mübarizə bütün tərəflərin ümumi səylərini və cəlbini tələb edir. Tərəflər COP29-un iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmağa imkan verəcək mühüm qərarların əldə edilməsi ilə nəticələnəcəyinə inamlarını ifadə ediblər.

İqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunun vurğulandığı söhbət zamanı iki gün davam edən Parlament Görüşündə milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və digər qurumlardan 90-dan çox nümayəndə heyətinin iştirak etdiyi xatırladılıb. Sahibə Qafarova qeyd edib ki, bu, bizim bu prosesdə iştirak etmək niyyətimizi göstərir və görüşün sonunda qəbul olunan yekun sənəd ümumi mövqeyimizi əks etdirir.

ATƏT PA-nın vitse-prezidenti belə mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edib. Qonağın fikrincə, iqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməli və bu sahəyə diqqət daha da artmalıdır. O, COP29-da qəbul olunmuş qərarların bütün dünya üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracağına inamını ifadə edib.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. O, Azərbaycanın torpaqlarının 30 ilə yaxın işğal altında qaldığını, artıq keçmişdə qalmış münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun problemi həll edə bilmədiyini söyləyib. Sahibə Qafarova deyib ki, Azərbaycan bunu öz gücü hesabına özü həll edib. Ona görə də ATƏT-in Minsk qrupu artıq öz aktuallığını itirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı qarayaxma və təzyiq kampaniyaları həyata keçirilib. Xüsusilə COP29 ərəfəsində bu cəhdlər daha da artıb.

Söhbət zamanı S.Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında görülən işlər barədə də qonağa məlumat verib. Onun sözlərinə görə, Azərbaycan yaşıl gündəliyi özünün milli inkişaf proqramlarına daxil edib və bərpaolunan enerji ilə bağlı layihələr həyata keçirir.

Görüşdə parlamentlərimizin beynəlxalq əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see128

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see118

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see118

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see117

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see116

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see115

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see115

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri