Icma.az
close
up
RU
ATİAHİnin təşəbbüsü ilə “Alimlərin Zəfər düşərgəsi” təşkil edilib Yeni Çağ Media

ATİAHİnin təşəbbüsü ilə “Alimlərin Zəfər düşərgəsi” təşkil edilib Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Günündə ilk dəfə olaraq Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə Zəfər gününə həsr olunmuş “Alimlərin Zəfər düşərgə”si təşkil olunub.

Yenicag.az xəbər verir ki, ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alim əməkdaşı iştirak edib.

“Alimlərin Zəfər düşərgəsi”nin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və tarixi Zəfəri Azərbaycana bəxş edən Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirib. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır.

M. Cəfərzadə 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışının sonunda Mirzə Cəfərzadə “Alimlərin Zəfər düşərgəsi”nin səmərəli, rəngarəng keçəcəyinə əmin olduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.

Çıxış edən Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov, Vətən müharibəsi iştirakçısı, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Samir Mustafayev və digər natiqlər düşərgənin təşkilinə görə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqına təşəkkürlərini bildiriblər.

Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev və sədr müavini Turanə Kərimova alimlərlə diskussiya şəklində fikir mübadiləsi aparıblar.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı ilə davam etdirilib.

“Alimlərin Zəfər düşərgəsi”ndə Radiasiya Problemləri İnstitutunun Vətən müharibəsində mərdliklə döyüşmüş dörd əməkdaşı da iştirak edir.

Qeyd edək ki, 8-13 noyabr tarixlərində alimlərimizə maraqlı proqramlar təlimlər, əyləncəli yarışlar keçiriləcək.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 09 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri