Atiyə konsertdən əvvəl xəstəxanaya yerləşdirildi: Həm mənim, həm də körpəmin ... (FOTOLAR)
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Türkiyənin Kastamonu şəhərində səhnəyə çıxmağa hazırlaşan məşhur müğənni Atiyə qəfil səhhətində problem yaşayıb.
7,5 aylıq hamilə olan və dördüncü övladını dünyaya gətirməyə hazırlaşan sənətçi konsertdən əvvəl başlayan ürəkbulanma və halsızlıq səbəbindən xəstəxanaya aparılıb.
Atiyənin həyat yoldaşı onu vaxt itirmədən Taşköprü Dövlət Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıb. Burada müayinə olunan sənətçiyə serum müalicəsi tətbiq edilib.
Həkim nəzarətindən sonra vəziyyəti yaxşılaşan Atiyə qısa müddət ərzində xəstəxanadan evə buraxılıb. Bu səbəbdən sənətçi festival çərçivəsində planlaşdırılan konsertində səhnəyə çıxa bilməyib.
Xəstəxanadan çıxarkən açıqlama verən Atiyə, “Yəqin ki, yediyim bir şey mənə toxunub. Yaşadığım ürəkbulanma səbəbindən təəssüf ki, səhnəyə çıxa bilmədim”, – deyə bildirib.
Müğənni həm özünün, həm də bətnindəki körpəsinin səhhətinin yaxşı olduğunu vurğulayaraq pərəstişkarlarını narahat olmamağa çağırıb.

Bu mövzuda digər xəbərlər:Həm rəqsdir, həm də dua Fotolar
05 Oktyabr 2025 23:09
Həm eyni şəhərdir, həm də yox... Fotolar
08 Oktyabr 2026 07:43
Renka xəstəxanaya yerləşdirildi Fotolar
24 Noyabr 2025 20:41
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
21 İyul 2026 03:05
Leps qalmaqallı konsertdən sonra xəstəxanaya yerləşdirildi
25 Oktyabr 2025 20:50
Baxış sayı:193
Bu xəbər 09 Avqust 2026 19:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları