Icma.az
close
up
RU
Atlant istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək? Məhkəmə

Atlant istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək? Məhkəmə

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilənlər "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə kecirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansında olan bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərlərinə həbs qoyulmas ilə ilə bağlı vəsatət təqdim ediblər.

Prosesdə iştirak edən zərərçəkənlər də vəsatəti müdafiə edərək  məhkəmədən onun təmin olunmasını,cinayət yolu əldə edilmiş əmlakların satılaraq dəymiş zərərlərin ödənilməsinə yönləndirilməsini istəyiblər.

Hazırda əsas mübahisə predmeti isə "Atlant" istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun baş verənlərə görə cavabdeh olduğu məsuliyyətdən kənarda qalmasıdır.

Vəkillər və müdafiəçilərin əsas tələbi "Atlant" istirahət mərkəzinə qoyulmuş həbsin götürülərək satılıb zərərçəkənlərə ödənilməsidir.

Prosesdə eyni mənzilin satıldıgı iki zərərçəkənlər ifadə verərək bildirlər ki,müqavilələrdən biri 2018-ci il digəri isə 2029-ci ildə bağlanılıb.Təqsirləndirilən Nofəl Hacıyev isə eyni mənzilin hər iki sahibini isə tanımadığını deyib.

Sərbəst ifadə verən şahidlərdənbiri də "Təbriz"MTN-nı mişar daşı ilə təmin edən daş karxanasının sahibi olub. İfadəsi zamani Tahir Qədəşovla qonşu olduğunu Nofəl Hacıyevidə onun kürəkəni kimi işlərini həyata keçirən kimi tanımışam.Məndan 50 min ədəddən artıq mişar daşı alıblar.Həmin daşlar bildiyim qədər həm digər obyektlər həm də "Atlant" istirahət mərkəzində aparilan tikinti işləri üçün aparılırdı".

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın Nərimanov rayonu ərazisindəki tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Xatırladaq ki, Nofəl Hacıyev “Atlant” istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

Onu da qeyd edək ki,məhkəmə istintaqı ilə əlaqədər "Təbriz"MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzinə həbs qoyulub.

İstirahət mərkəzinin sahibi Tahir Qədəşov da həmçinin şahid kimi prosesə dəvət edilərək sualları cavablandırıb.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri