“Atletik” “Barselona”nın Niko ilə bağlı planlarını pozmaq istəyir
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Atletik" futbolçusu Niko Uilyamsın "Barselona"ya keçidinin qarşısını almaq istəyir.
QOL.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Daha öncə mətbuatda Kataloniya klubunun 58 milyon avroluq transferi 1 və ya 2 iyulda reallaşdırmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Buna səbəbə əməliyyatin yeni maliyyə ilinə daxil edilməsi istəyidir. Lakin “Atletik” rəhbərliyi buna imkan verməməyi düşünür.
Mənbəyə istinadən, Bilbao təmsilçisinin prezidenti Yon Uriarte və baş direktor Yon Berasateqi artıq La Liqa və İspaniya Futbol Federasiyasına (RFEF) müraciət etməyə hazırlaşırlar. Onlar “Barselona”nın bütün maliyyə əməliyyatlarının auditinin keçirilməsini tələb edəcəklər.
“Atletik” hesab edir ki, “Barselona” hələ də maliyyə feyr-pley qaydalarına əməl etmir və “birə-bir” qaydasına (qazanılan hər avroya uyğun xərcləmək) geri dönməyənədək transferə icazə verilməməlidir.
Qeyd edək ki, 22 yaşlı Uilyams ötən mövsüm “Atletik”də 11 qol və 7 qolun ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 İyun 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















