Atletik ə qarşı oynamaq futbolçu: Qarabağ onlarla başabaş mübarizə aparacaq
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"10 il əvvəl "Atletik"ə qarşı oynamışıq. Əlbəttə, komandalar arasında fərq var". Bu sözləri Sport24.az-a açıqlamasında hazırda "Zaqatala"nın formasını geyinən İlkin Qırtımov deyib.
2015-ci ildə "İnter"in (hazırkı "Şamaxı") heyətində İspaniya təmsilçisi ilə matçda meydana çıxan 34 yaşlı müdafiəçi Çempionlar Liqasında bu gün keçiriləcək "Atletik" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Futbol günü-gündən inkişaf edir. Həm vaxt İspaniyadakı qarşılaşmada möhtəşəm atmosfer var idi. Amma "Qarabağ" atmosferlə bağlı çətinlik çəkməyəcək. Komanda artıq neçə illərdir ki, bu cür matçlarda iştirak edir. Demək olar ki, artıq öyrəşiblər. Düşünürəm ki, "Qarabağ" bu rəqiblə başabaş oynayacaq. Təmsilçimizin müsbət nəticə qazanacağına inanıram".
Qeyd edək ki, bu gün "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















