Icma.az
close
up
RU
Atletik Qarabağ : düşərgələrdən son yeniliklər

Atletik Qarabağ : düşərgələrdən son yeniliklər

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ" Bilbaoda "Atletik"lə qarşılaşacaq. Oyun oktyabrın 22-si, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

QOL.az saytının xəbərinə görə, milli komandaların oyunları ilə əlaqədar hər iki komanda tam heyətlə məşq etməyib. Lakin bu gündən etibarən hazırlıqlar əvvəlki qaydada davam edəcək. "Qarabağ"ın Azərbaycan millisinə dəvət olunmuş 7 futbolçusu - Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Musa Qurbanlı və Nəriman Axundzadə Fransa və Ukraynaya qarşı matçlara dəvət edilmişdilər. Baş məşqçi Qurban Qurbanovu sevindirən faktdır ki, futbolçuları millidən zədəsiz qayıdıblar.

Komandanın düşərgəsindən gələn müsbət xəbərlərdən biri "Qarabağ"ın liderlərindən olan, "Benfika" ilə matçda zədələnmiş Marko Yankoviçlə bağlıdır. Klubdan QOL.az-a verilən xəbərə görə, monteneqrolu 30 yaşlı yarımmüdafiəçi artıq ümumi məşqlərə qoşulub. Onun "Atletik"lə görüşdə meydana çıxacağı bu gün üçün tam qətiləşməsə də, həmin matçda meydana çıxmaq ehtimalı az deyil.

Qeyd edək ki, Ağdam təmsilçisi "Atletik"lə oyun öncəsi Misli Premyer Liqasında "Turan Tovuz"la qarşılaşacaq. Bu oyun ispanlarla matçdan 5 gün əvvəl - oktyabrın 17-də keçiriləcək. Tovuz stadionunun meydançasındakı təmirlə əlaqədar "Qarabağ" bu tur əslində səfərdə qarşılaşmalı olduğu "Turan"la elə öz meydanında - "Azərsun Arena"da üz-üzə gələcək ("Turan Tovuz" müvəqqəti olaraq rəqiblərini məhz "Azərsun Arena"da qəbul edir). 

Beləliklə, ÇL-dəki vacib oyun öncəsi "Qarabağ" yerli liqada həm uzun yolçuluqdan azad olacaq, həm də Bilbao təmsilçisindən fərqli olaraq hazırlıq üçün 5 günlük əlavə vaxt qazanacaq.

"Qarabağ" "San-Memes"ə ("Atletik"in stadionu red.) daha tərəvətli gələcək" - deyə bu faktı nəzərə alan İspaniyanın nüfuzlu "Marca" qəzeti yazır.

Bəs, "Atletik"in durumu necədir? 

Unai Simon, Daniel Vivian, Emerik Laport İspaniya millisindən öz klublarının düşərgəsinə qayıdıblar və bugünkü hazırlığa qoşulacaqlar. İspaniya mətbuatının yazdığından həm bu qanaətə gəlmək olar ki, "Qarabağ"ın Çempionlar Liqasında 2 ardıcıl qələbəsindən sonra artıq Ağdam təmsilçisi daha çox ciddiyə alınmağa başlayıb.

Niko Uilyams

"Marca" qəzetinin yazdığına görə, İspaniya millisinin üzvü olan Niko Uilyamsın hələ də zədəsini sağaltmaması "Atletik"in baş məşqçisi qayğınlandıran məsələlərdəndir. 

Digər zədələnmiş oyunçu - ayaq barmaqlarında problemi olan Aleks Berenqer, Vesqa mətbuat üçün açıq olan ümumi məşqdə iştirak etməyib. Berenqer və Niko Uilyams bazar ertəsi yalnız fərdi qaydada hazırlıq keçib. 

Daha əvvəl zədəsi olan Niko Uilyamsın böyük qardaşı İnyaki Uilyams, Oyan Sanset isə artıq ümumi məşqlərdə iştirak etməyə başlayıb. 

"Baş məşqçi Valverde hər iki futbolçunun bazar günü “Elçe”yə qarşı oyuna hazırlığını qiymətləndirəcək. La Liqadakı həmin oyuna qədər “şirlər”in hələ üç məşqi var. Hər halda, onların artıq meydana çıxması və komanda ilə məşq etməsi o deməkdir ki, çərşənbə günü “Qarabağ”a qarşı Çempionlar Liqası oyununda heyətdə olacaqlar" - deyə "Marca" yazır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri