Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

“Atletiko Paranaense” mövsümün 4cü uğursuzu oldu

“Atletiko Paranaense” mövsümün 4cü uğursuzu oldu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq bir neçə gündü Rio de Janeyronun küçə və meydanları, belə ifadə etsək, ağ və qara rənglərə boyanıb. “Botafoqo”nun azarkeşləri uzun illərdən sonra könül verdikləri komandanın çempionluğunu böyük sevinclə bayram edirlər. Zarafat deyil, onlar belə sevinci sonuncu dəfə 29 il əvvəl yaşamışdılar...

Braziliya çempionatında 36-cı turdan sonra çempionluq uğrunda mübarizənin yekununa böyük ölçüdə aydınlıq gəlmişdi. Finişə iki tur qalmış şərikli lider olan “Palmeyras” ilə “Botafoqo” arasındakı rəqabətdə sonuncular əhəmiyyətli üstünlük qazanmışdılar: “ağ-qaralar” titul uğrunda yeganə rəqibini səfərdə 3:1 hesabıyla məğlub etməklə 3 xal önə keçmişdilər. Deməli, sonuncu turda “Botafoqo”ya “San Paulu” ilə ev oyununda bir xal da kifayət edəcəkdi. Rəqib mövsümboyu ən iddialı komandaların sırasında olsa da, finiş ərəfəsində çox sayda xal itirdiyi üçün “mükafatçılar zonası”ndan gözünü çəkmişdi.
Əsas səbəb san paululuların zədə sindromuna tutulması ilə bağlı idi. Onlar “Botafoqo”ya qarşı son oyuna da ciddi itkilərlə çıxdılar. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçın 37-ci dəqiqəsində Savarino yerli publikanı ayağa qaldırdı. Artur Jorjenin komandası bununla kifayətlənməyib təşəbbüsü əldə saxlamağa çalışırdı. Ancaq fasilədən sonra meydandakı mübarizəyə bir qədər tarazlıq gəldi və Villiam 63-cü dəqiqədə hesabı bərabərləşdirdi. Bu hesab ev sahiblərini qane etsə də, rio de janeyrolular qalan vaxtda azarkeşlərini nigarançılıqda saxlamaq istəmirdilər. Ona görə də üstünlüyü yenidən ələ alan “Botafoqo” rəqibin hesabda önə keçməsinə imkan verməməyə çalışırdı. Nəhayət, Qreqore əsas vaxta əlavə olunan dəqiqələrdə çempionun kimliyi ilə bağlı suala yekun cavab verdi.
Onun vurduğu qələbə qolu “ağ-qaralar”ın 29 illik titul həsrətinin sona çatdığını rəsmiləşdirdi! “Botafoqo” tarixində 3-cü dəfə Braziliya çempionu oldu. Bundan əvvəl 1968 və 1995-ci illərdə ölkənin ən güclüsü olan komanda bir neçə gün əvvəl tarxində ilk dəfə Libertadores Kubokunu (LK) qazanmışdı. Bu uğurların əsas memarı olan Jorjenin Rio de Janeyro klubuna aprel ayında təyin olunduğunu və 52 yaşlı portuqaliyalı mütəxəssisin əvvəlki iki ildə “Braqa”nı çalışdırdığını da xatırladaq.
“Botafoqo” son oyunda uduzacağı halda belə azarkeşləri çempionluq nəğməsi oxuyacaqdılar. Ona görə ki, “Palmeyras” mövsümü məğlubiyyətlə başa vurdu. “Fluminense”yə öz meydanında minimal hesabla uduzan san paululular son iki mövsümün çempionu kimi statusunu əldən verdilər. Hələ bir neçə gün əvvəl əsas rəqibi ilə evdə oynadığı üçün titulu qorumaq üçün əla şansa malik olan Abel Ferreyranın komandası gümüş mükafatla kifayətləndi.
Sonuncu tur ərəfəsində “Flamenqo” bürünc medallara sahib çıxmışdı. Komandaya Titenin sentyabrda istefaya göndərilməsindən sonra başçılıq edən Filipe Luisin debütünün uğurlu alındığını demək olar. Rio de janeyrolular 39 yaşlı baş məşqçinin rəhbərliyi altında ölkə kubokunu qazandılar.
Sonuncu turda LK-nın bütün iştirakçıları məlum oldu. Qeyd edək ki, Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə ilk 6 yerin sahibi birbaşa vəsiqə qazanır. Başqa sözlə, bu hüquqa “Botafoqo”, “Palmeyras”, “Flamenqo”, “Fortaleza”, “İnternasyonal” və “San Paulu” yiyələndi. Mövsümü 7-8-ci yerlərdə başa vuran “Korintians” ilə “Bayya” LK-nın təsnifat mərhələsində oynayacaqlar. Yekun cədvəldə 9-14-cü yerləri tutan 6 komanda - “Kruzeyro”, “Vasku da Qama”, “Vitoriya”, “Atletiko Mineyro”, “Fluminense” və “Qremio” isə Braziliyanı Sudamerikana Kubokunun növbəti mövsümündə təmsil etmək hüququ qazandı.
Həlledici turda A seriyasında yerini itirən sonuncu komanda da müəyyənləşdi. “Atletiko Qoyaniense”, “Kuyaba” və “Krisiuma”dan sonra “Atletiko Paranaense” də növbəti mövsümə B seriyasında başlayacaq.
38-ci tur
Botafoqo RJ - San Paulu 2:1
Savarino, 37. Qreqore, 90+2 - Villiam, 63.
Palmeyras - Fluminense 0:1
Serna, 37.
Flamenqo - Vitoriya 2:2
Qabriel Barboza, 59. Ayrton Lukas, 79 – Alerrandro, 16. Janderson, 74.
Fortaleza - İnternasyonal 3:0
Moyses, 7; 20. Tinqa, 53.
Qremio - Korintians 0:3
Yuri Alberto, 45+3-p. Çarles, 88. Depay, 90+3.
Atletiko Mineyro - Atletiko Paranaense 1:0
Rubens, 73.
Bayya - Atletiko Qoyaniense 2:0
Tasiano, 41. L.Rodriges, 58-p.
Braqantino - Krisiuma 5:1
Juninyo Kapişaba, 13. Vinisius, 30. Eduardo Saşa, 55. Moskera, 70. Con Con, 81 – Rodriqo, 39.
Kuyaba - Vasku da Qama 1:2
Derik Laserda, 19 - Veqetti, 17; 43.
Juventude - Kruzeyro 0:1
Tevis, 30.
Yekun cədvəl
1. Botafoqo RJ 38 23 10 5 59-29 79
2. Palmeyras 38 22 7 9 60-33 73
3. Flamenqo 38 20 10 8 61-42 70
4. Fortaleza 38 19 11 8 53-39 68
5. İnternasyonal 38 18 11 9 53-36 65
6. San Paulu 38 17 8 13 53-43 59
7. Korintians 38 15 11 12 54-45 56
8. Bayya 38 15 8 15 49-49 53
9. Kruzeyro 38 14 10 14 43-41 52
10. Vasku da Qama 38 14 8 16 43-56 50
11. Vitoriya 38 13 8 17 45-52 47
12. Atletiko Mineyro 38 11 14 13 47-54 47
13. Fluminense 38 12 10 16 33-39 46
14. Qremio 38 12 9 17 44-50 45
15. Juventude 38 11 12 15 48-59 45
16. Braqantino 38 10 14 14 44-48 44
17. Atletiko Paranaense 38 11 9 18 40-46 42
18. Krisiuma 38 9 11 18 42-61 38
19. Atletiko Qoyaniense 38 7 9 22 29-58 30
20. Kuyaba 38 6 12 20 29-49 30
Bombardirlər: Alerrandro (Vitoriya), Yuri Alberto (Korintians) - 15, Estevao (Palmeyras) - 13, Veqetti (Vasku da Qama) – 12, Pedro (Flamenqo), Rafael Veyqa (Palmeyras), Lusiano (San Paulu), Uesli (İnternasyonal) - 11.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

28 Sentyabr 2026 05:40see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri