Atmosfer axınları sürətlə yerini dəyişir: Bu, bütün dünyaya təsir edəcək
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Son onilliklərdə atmosferdəki hava axınları nəzərəçarpacaq dərəcədə yer dəyişib və bu, dünya üzrə hava şəraitinə, xüsusilə yağıntıların miqdarına ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFL Science” nəşri "Science Advances” jurnalında dərc olunan tədqiqatın məlumatlarına istinadla yazır.
Kaliforniya Universitetinin alimlərinin məlumatına görə, son 40 il ərzində hər iki yarımkürədə "atmosfer çayları” təxminən 6–10 dərəcə qütblərə doğru yerini dəyişib. Bunun əsas səbəbi kimi Sakit okeanın şərq tropik hissəsində müşahidə olunan soyuma göstərilir, lakin hadisələrin tam səbəb-nəticə zənciri hələ də əlavə araşdırma tələb edir.
Mütəxəssislər vurğulayırlar ki, atmosfer axınları sadəcə külək deyil. Bunlar səmada böyük həcmdə su buxarını daşıyan real "çaylar”dır və yağıntı səviyyəsinə ciddi təsir göstərir.
Alimlərin hesablamalarına əsasən, ABŞ-ın qərb sahillərində yağıntıların yarısınadək hissəsi məhz bu cür "atmosfer çayları”nın təsiri nəticəsində formalaşır. Eyni vəziyyət dünyanın digər regionları üçün də keçərlidir.
Alimlərin fikrincə, atmosfer axınlarının yerdəyişməsi hava şəraitinə mühüm təsir göstərə bilər. Qlobal rütubət daşınması sistemindən daha çox asılı olan regionlar quraqlıqların və istilik dalğalarının artması ilə üzləşə bilər. Əksinə, bu axınların yönəldiyi ərazilərdə indiyədək müşahidə olunmamış intensivlikdə yağıntılar başlaya, bu isə daşqınlara səbəb ola bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















