Atmosferi çirkləndirən əsas hissə nəqliyyat vasitələrinin payına düşür EKSPERT
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyada getdikcə daha da aktuallaşan ekoloji çağırışlar fonunda yaşıl enerji mənbələrinə keçid əsas prioritetlərdən birinə çevrilib. Bu keçidin ən vacib hədəflərindən biri isə nəqliyyat sektorunda karbon emissiyalarının azaldılmasıdır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, sözsüz ki, bu tendensiya artıq dünyada irəliləməkdədir:
"Yaşıl enerji proseslərini dərindən izləsək, görərik ki, atmosferi çirkləndirən əsas hissə nəqliyyat vasitələrinin payına düşür. Hansı ki, bu vasitələr benzin və dizellə işləyən daxili yanma mühərrikli nəqliyyat vasitələridir. Bu baxımdan, dünyada baş verən qlobal trendlərdən biri məhz yaşıl enerjiyə, elektrikli nəqliyyata keçiddir. Nəzərə alsaq ki, Azərbaycan COP29 ərəfəsində Bakı üçün 100 ədəd tam elektrik mühərrikli avtobus alıb və bu proses genişlənməkdədir. Artıq istehsalla bağlı proseslər də davam edir. Eyni zamanda, dövlət tərəfindən elektromobillərə tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsi müddətinə qədər bu avtomobillərin ölkəmizə idxalını stimullaşdıran əsas faktorlar sırasındadır".
Ekspert vurğuladı ki, qiymətlərin uyğun olması da elektromobillərin ölkəmizdə sayının artmasına səbəb olur:
"Bu isə şəhər həyatımıza müsbət təsir göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















