Icma.az
close
up
RU
ATMU da Karyera Həftəsi start götürdü FOTOLAR

ATMU da Karyera Həftəsi start götürdü FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gündən etibarən 14 mart tarixinədək Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera Həftəsi öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, karyera və məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə keçirilən həftə tələbələrə real əmək bazarının tələbləri ilə tanış olmaq imkanı yaradır. Tədbir çərçivəsində tələbələr peşəkar mütəxəssislərlə ünsiyyət qurur, gələcək karyeralarını daha məqsədyönlü şəkildə planlaşdırmaq üçün faydalı məlumatlar əldə edirlər. Eyni zamanda ATMU məzunları öz karyera inkişafı və təcrübələri barədə tələbələrlə bölüşürlər.

İlk olaraq ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, universitetdə təşkil olunan bu kimi təşəbbüslər tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına mühüm töhfə verir. Rektor qeyd edib ki, tələbələrin peşəkar mühitlə erkən tanış olması onların gələcək karyera seçimlərinə müsbət təsir göstərir. O, Karyera Həftəsinin tələbələr üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Daha sonra millət vəkili, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək bildirib ki, gənclərin karyera planlaması və peşəkar inkişafı dövlət üçün də prioritet məsələlərdəndir. Onun sözlərinə görə, universitetlərdə təşkil olunan belə tədbirlər tələbələrin öz potensiallarını daha yaxşı dərk etməsinə kömək edir. Millət vəkili gənclərə daim öyrənməyi və öz üzərlərində işləməyi tövsiyə edib. O, həmçinin tələbələrin gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov bildirib ki, bu cür tədbirlər tələbələrin əmək bazarının real tələblərini daha yaxından tanımasına və gələcək fəaliyyətlərini düzgün istiqamətləndirməsinə kömək edir. Dekan qeyd edib ki, Karyera Həftəsi tələbələrlə işəgötürənlər arasında körpü rolunu oynayır və gənclərin peşəkar şəbəkə qurması üçün mühüm imkan yaradır. O, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib və tələbələrə təqdim olunan imkanlardan maksimum faydalanmağı tövsiyə edib.

Tədbirdə çıxış edən “Smart Hotels Groups”un təsisçisi Ceyhun Aşurov qeyd edib ki, əmək bazarında uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Praktiki bacarıqların formalaşdırılması və real iş mühiti ilə tanışlıq böyük əhəmiyyət daşıyır. Bu baxımdan Karyera Həftəsi tələbələr üçün faydalı platforma rolunu oynayır. Bildirilib ki, bu cür görüşlər tələbələrə həm də yeni əlaqələr qurmaq imkanı yaradır.

ATMU-nun ilk məzunlarından olan “İzz Travel”in təsisçisi və direktoru Lalə Paşayeva bildirib ki, universitetdə əldə etdiyi bilik və bacarıqlar onun karyera yolunda mühüm rol oynayıb. O qeyd edib ki, tələbəlik illərində qazandığı təcrübə sonrakı peşə fəaliyyətində ona böyük üstünlük verib. Lalə xanım tələbələrə daim öz üzərlərində işləməyi və imkanlardan maksimum yararlanmağı tövsiyə edib. O, belə tədbirlərin gənclərin motivasiyasını artırdığını vurğulayıb.

Qeyd edək ki, Karyera Həftəsi çərçivəsində tələbələrə həm şəxsi inkişaf, həm də iş həyatına hazırlıq mövzularını əhatə edən geniş təlim proqramı təqdim olunur. Proqram çərçivəsində iş axtarışı alətləri, işə qəbul prosesi, müsahibə strategiyaları, karyera planlaması və məzunların uğur hekayələri kimi mövzular müzakirə edilir.

Həmçinin həftə ərzində ATMU məzunları işəgötürən qismində çıxış edərək rəhbərlik etdikləri və ya təmsil etdikləri şirkətlər haqqında məlumat verəcəklər. Onlar tələbələrlə şəxsi təcrübələrini bölüşəcək və karyera inkişafı ilə bağlı tövsiyələr təqdim edəcəklər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Mart 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri