Icma.az
close
up
RU
ATMU əməkdaşları Qazaxıstanın Biznes Universitetində olublar

ATMU əməkdaşları Qazaxıstanın Biznes Universitetində olublar

Unikal-dan alınan məlumata görə, Icma.az bildirir ATMU əməkdaşları Qazaxıstanın Biznes Universitetində olublar.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva Qazaxıstanın Kenjeqali Sagadiyev adına Biznes Universitetində olublar.

"Unikal" xəbər verir ki, ATMU əməkdaşlarının səfər proqramına universitetlərarası beynəlxalq tərəfdaşlığın prioritetləri, o cümlədən elmi proqram və layihələrin strateji məqsədləri məsələsi daxil idi. Görüş çərçivəsində tələbələrin beynəlxalq təcrübə proqramlarına cəlb olunması, birgə elmi konfransların təşkili və potensial əməkdaşlığı şərtləndirən sahələrə də münasibət bildirilib. Qlobal akademik şəbəkələrdə fəal iştirak və ortaq layihələrin inkişaf etdirilməsi məsələləri günün tələbi kimi dəyərləndirilib. 

Qazaxıstanın Biznes Universitetində baş tutan müzakirələrdə ali təhsil müəssisəsinin Beynəlxalq Elmi Proqramlar Mərkəzinin direktoru Fariza İsmayılova və Keyfiyyətə Təminat Mərkəzinin rəhbəri Kenzhekan Kabdeshov iştirak ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri