ATMU nun tələbələri Almaniyada təhsil alacaqlar
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov DAAD təqaüd proqramı çərçivəsində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində təhsil alacaq tələbələrlə görüşüb.
Görüş zamanı rektor İlham Mədətov tələbələri DAAD təqaüd proqramına seçilmələri münasibətilə təbrik edib. O bildirib ki, beynəlxalq akademik mobillik proqramları tələbələrin dünyagörüşünün genişlənməsinə, müxtəlif təhsil sistemləri ilə yaxından tanış olmalarına, eləcə də beynəlxalq akademik mühitdə rəqabətqabiliyyətli bilik və bacarıqlar qazanmalarına mühüm töhfə verir. Rektor tələbələrə təhsil müddətində yüksək akademik nəticələr əldə etməyi, ölkəmizi və universiteti layiqincə təmsil etməyi arzulayıb.
Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova təqaüd proqramının tələbələrə yaratdığı akademik və mədəni imkanlardan danışıb. O, tələbələrə proqramın bütün imkanlarından səmərəli faydalanmağı, yüksək akademik nəticələr göstərməyi və əldə edəcəkləri təcrübəni gələcək peşə fəaliyyətlərində uğurla tətbiq etməyi arzulayıb.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin turizm işinin təşkili (tədris dili ingilis dili) ixtisası üzrə təhsil alan tələbələr Ayan İsmayılova və Fatimə Hacızadə DAAD təqaüd proqramı çərçivəsində 2026/2027-ci tədris ilinin payız semestrində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alacaqlar. Tələbələr eyni zamanda həmin universitetdə təşkil olunacaq yay məktəbi proqramında da iştirak edəcəklər
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















