Icma.az
close
up
RU
ATMU nun yubiley mərasimi “Şahdağ”da təşkil olunub

ATMU nun yubiley mərasimi “Şahdağ”da təşkil olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

  “Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin  20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilib. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edib.

  Düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir. Eyni zamanda düşərgə dövlət–universitet–özəl sektor əməkdaşlığı nümunəsi kimi çıxış edərək turizm təhsili və sənayenin birgə fəaliyyətinin önəmini vurğulayır.

  Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarətindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev turizm sektorunun inkişafında peşəkar kadr hazırlığının mühüm rola malik olduğunu vurğulayaraq bu cür təşəbbüslərin gənclərin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirməsinə və gələcəyin peşəkar turizm mütəxəssislərinin yetişməsinə töhfə verdiyini bildirib.

  ATMU-nun prorektoru Araz Aslanlı universitetin 20 illik inkişaf yolundan və turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, “TourismLAB” Yay Düşərgəsinin tələbələrin şəxsi və peşəkar inkişafı üçün mühüm platforma olduğunu qeyd edib.   "Şahdağ" Turizm Mərkəzinin departament direktoru Rəhim Mustafayev Şahdağın ölkənin aparıcı turizm məkanlarından biri kimi gənclərin praktiki biliklər qazanması üçün əlverişli imkanlar yaratdığını diqqətə çatdırıb.   Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Emil Rüstəmov isə bu cür təşəbbüslərin gələcək turizm mütəxəssislərinin hazırlanmasına və sahədə əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

  13–15 iyul tarixlərini əhatə edən “TourismLAB” Yay Düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularını əhatə edən təlimlər, panel müzakirələri və master-klasslar keçirilib. Bununla yanaşı, komanda quruculuğuna yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də müxtəlif sosial və mədəni proqramlar təşkil olunub.

   Düşərgə proqramı iştirakçıların peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların kommunikasiya və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının təkmilləşməsinə töhfə verir.

Z.HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri