ATMU saytı olmayan şirkətlə 120 minlik müqavilə bağladı
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, yeni müsabiqə “İnformasiya və texnologiya avadanlıqları”satınalınmasından ibarət olub.
Rəsmi qaynaqlarda qeyd olunur ki, tenderin qalibi “ISOFT” MMC olub. Bu şirkətlə 126 min 408 manatlıq satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İsoft” MMC 19 iyun 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, ev 4B, mənzil 114-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Natiq Əlövsət oğludur.
Maraqlıdır ki, 2008-ci ildə yaradılmış şirkətin rəsmi internet səhifəsi yoxdur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Baxış sayı:129
Bu xəbər 19 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















