Icma.az
close
up
RU
Attestat qiymətləri əladır, buraxılış imtahanındakı nəticələri pis...

Attestat qiymətləri əladır, buraxılış imtahanındakı nəticələri pis...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, ötən il şəhərin ümumtəhsil müəssisələrini 28 min 203 şagird bitirib və onların 28 min 115 nəfəri buraxılış imtahanında iştirak edib.

Şəhərin məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal (62,03) respublika üzrə orta göstəricidən 11,66 %, riyaziyyat fənni üzrə topladıqları orta bal (38,05) 11,59 %, xarici dil fənni üzrə topladıqları orta bal (51,73) 21,12 %, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (151,80) isə 14,92 % yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12,78 %-i 30 və daha az, 43,89 %-i 30-70 intervalında, 43,33 %-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq 52,82 %, 27,85 % va 19,33 %, xarici dil fənni üzrə isə 30,29 %, 37,26 % və 32,46 % olub. Ümumilikdə 28 min 113 nəfər attestat alıb.

Attestat alanların 77,61 %-i (21 min 819 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 92,48 %-i (26 min nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 14 min 225 məzunu (imtahanlarda iştirak edənlərin 54,71 %-i) tələbə adını qazanıb. Onların 53,08 %-i (7551 nəfəri) dövlət, 3,53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31,36 %-i (4461 nəfəri) dövlət, 12,03 %-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.

Şəhərin məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

0-100 intervalında 8,24 % (1798 nəfər), 100-200 intervalında 23,82 % (5197 nəfər), 200-300 intervalında 21,83 % (4763 nəfər), 300-500 intervalında 32,03 % (6988 nəfər), 500-dən yuxarı 14,08 % (3073 nəfər). Beləliklə, şəhər abituriyentlərinin yalnız 46,11 %-i 300-dən yuxarı bal toplayıb.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 50,44 %-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 İyun 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri