Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Təhsil haqqında sənədlər artıq həm elektron olaraq formalaşdırılacaq, həm də müvafiq qurumlarla elektron qaydada paylaşılacaq”.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
O bildirib ki, qəbul edilmiş qərarlara uyğun olaraq, təhsil haqqında sənədlər, eləcə də təhsili bitirməyən vətəndaşlara verilən arayışlar tam hüquqi qüvvəyə malik olacaq və yalnız elektron formada təqdim ediləcək.
Vüsal Xanlarovun sözlərinə görə, vətəndaşlar istədikləri və ya zərurət yarandığı halda elektron hökumət informasiya sistemində yerləşən şəxsi kabinetlərindən bu sənədləri yükləyərək çap edə və paylaşa bilərlər. Həmçinin sənədlər elektron imza ilə təsdiq olunduğu üçün onların notarial qaydada təsdiqlənməsi də mümkün olacaq.
İdarə rəisi əlavə edib ki, bu qərarların nəticəsində cari ildən Azərbaycan vətəndaşlarına verilən attestatlar, diplomlar və sertifikatlar yalnız elektron qaydada təqdim ediləcək:
“Artıq kağız üzərində diplom və attestatlar təqdim edilməyəvcək. Elektron Hökumət İnformasiya Sistemi öz-özlüyündə bütün dövlət qurumlarını birləşdirir və bunun vətəndaşlar üçün bir neçə portalları var – MyGov, Elektron Hökumət Portalı və s. Bu portallar və mobil tətbiq vasitəsilə vətəndaşlar öz təhsil sənədlərinə çıxış əldə edəcəklər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Yanvar 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















