ATU da 7,5 santimetrlik böyrəküstü vəz törəməsi laparoskopik üsulla əməliyyat edilib
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 43 yaşlı qadın pasiyentin böyrəküstü vəzində aşkarlanan 7,5 santimetrlik törəmə minimal invaziv üsulla uğurla çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, son bir il ərzində təkrarlanan və kəskin arterial təzyiq yüksəlmələri ilə müşayiət olunan şikayətlərlə klinikaya müraciət edən pasiyentin təzyiqinin bəzi epizodlarda 220–230 mm civə sütununa qədər yüksəldiyi müəyyən edilib.
Aparılan hərtərəfli instrumental və laborator müayinələr nəticəsində sol böyrəküstü vəz nahiyəsində 7,5 santimetr ölçüdə törəmə aşkarlanıb. Törəmənin hormonal aktivliyini qiymətləndirmək məqsədilə metanefrinlərin təyini də daxil olmaqla xüsusi laborator müayinələr aparılıb.
Klinik göstəricilər və müayinələrin nəticələri kompleks şəkildə dəyərləndirildikdən sonra pasiyentin cərrahi müalicəsinə qərar verilib.
Pasiyentə sol tərəfli laparoskopik adrenalektomiya əməliyyatı icra olunub. Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyevin həyata keçirdiyi əməliyyat 80 dəqiqə davam edib və uğurla başa çatıb.
Əməliyyatın əsas xüsusiyyətlərindən biri böyük ölçülü törəmənin açıq cərrahi üsula keçid edilmədən, tam laparoskopik yolla çıxarılmasıdır. Belə hallarda törəmənin ölçüsü cərrahi müdaxilənin texniki mürəkkəbliyini artırır və yüksək peşəkarlıq tələb edir.
Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda o, həkim nəzarətindədir və müvafiq konservativ müalicə tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu klinik hadisə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müasir diaqnostika imkanlarının və minimal invaziv cərrahiyyə sahəsində ixtisaslaşmış tibbi təcrübənin tətbiqini nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 09 Oktyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















