Icma.az
close
up
RU
ATU da Xarkov Milli Tibb Universitetinin nümayəndə heyəti ilə görüş Fotolar

ATU da Xarkov Milli Tibb Universitetinin nümayəndə heyəti ilə görüş Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-da rəsmi səfərdə olan Ukrayna Respublikasının Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyətini qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə rektor Gəray Gəraybəyli tibb sahəsində Ukraynanın bir çox ali təhsil müəssisələri ilə qurulan sıx əlaqələr və universitetlər arasında bu münasibətləri tənzimləyən qarşılıqlı əməkdaşlıq memorandumlarını xatırladıb.

Rektor bu istiqamətdə institusional tərəfdaşlıq sazişlərinin iki ölkənin səhiyyə nazirlikləri səviyyəsində də dəstəkləndiyini, səhiyyə və tibb elmi sahəsində münasibətlərin genişləndirilməsinə və yeni müstəvilərdə inkişaf etdurilməsinə qarşılıqlı marağın olduğunu bir daha nəzərə çatdırıb. 

XMTU ilə tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların yerinə yetirilməsi kimi müxtəlif istiqamətləri ehtiva edən memorandum əsasında işlərin uğurla davam etdirildiyini deyən rektor bu səfərin də iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat və tibbi əməkdaşlığın inkişafına, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. 

Xarkov Milli Tibb Universitetinin rektoru, professor Valeri Myasoyedovun səmimi salamlarını çatdıran XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçna da ATU ilə əlaqələrin genişləndirilməsindən məmnunluqlarını ifadə edib. Səfərin də bu əməkdaşlıq çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor əlavə edib ki, məqsəd pediatrik onkohematologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, akademik heyət və doktorantlar üçün mühazirələrin təşkili, diaqnostika və müalicə istiqamətində birgə elmi layihələrin hazırlanmasıdır. 

Görüşdə bir çox istiqamətlər, o cümlədən ali təhsil müəssisələrinin Tələbə Elmi cəmiyyətləri (TEC) arasında əməkdaşlıqların qurulması, maraq doğuran sahələr üzrə TEC-lərin birgə tədqiqatlar aparması, ümumilikdə elmi fəaliyyətin təşkili, tələbə startapları və s. kimi təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçnanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Nataliya Makieyeva, həmçinin Radiologiya kafedrasının doktorantı Roman Abdullayev daxildir. 

30 iyun 2026-cı il tarixinə qədər davam edəcək səfər çərçivəsində qonaqlar ATU-nun klinik bazaları ilə tanış olacaq, müvafiq ixtisas sahələri üzrə görüş və müzakirələr aparacaqlar.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri