ATU rektoru qəbul prosesini izlədi Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Avqustun 28-dən etibarən Azərbaycan Tibb Universitetinin tələbəsi adını yeni qazanmış gənclərin qeydiyyatına start verilib.
“Qafqazinfo” xəbər verir ki, 2025/2026-cı tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qəbul olunduqları fakültələr üzrə qeydiyyata düşürlər.
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qəbul prosesini izləyib. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış olub, qəbulu aparan ATU nümayəndələri ilə söhbət edib, hansısa narahatlığın olub-olmaması ilə maraqlanıb.
G.Gəraybəyli qəbula gələn valideynlərlə də görüşüb, övladlarının ATU tələbəsi adını qazanması münasibətilə onları təbrik edib. Rektor birinci kurs tələbələrinə təhsildə uğurlar arzulayıb, xalqımız üçün layiqli kadr kimi yetişməyi diləyib.
Qeyd edək ki, ATU-da qeydiyyat prosesi sentyabrın 8-nə qədər aparılacaq.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















