Icma.az
close
up
RU
Auditorlar Palatasının nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

Auditorlar Palatasının nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Ukrayna Auditorlar Palatasının təşkilatçılığı ilə “Qlobal mühitdə peşəkar özünüidarəetmə: çağırışlar və imkanlar” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə beynəlxalq və regional peşəkar tənzimləyici qurumlar olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Avropa Mühasibatlıq Qurumunun (Accountancy Europe), Böyük Britaniyanın Maliyyə Mühasibləri İnstitutunun (IFA) nümayəndələri ilə yanaşı, Azərbaycanın Auditorlar Palatası, Rumıniya Maliyyə Auditorları Palatası, Polşa Auditorlar Palatası, Macarıstan Auditorlar Palatası, Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzi (CFRR) və dünyanın digər aparıcı audit və mühasibatlıq təşkilatlarının 450-ə yaxın nümayəndələri iştirak edib.

Azərbaycan Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransın əsas məqsədi qlobal iqtisadi və institusional dəyişikliklər fonunda auditor peşəsinin qarşılaşdığı yeni çağırışların kompleks şəkildə təhlili, peşəkar özünüidarəetmə modelinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, dövlət nəzarəti ilə peşəkar müstəqil nəzarət arasında optimal tarazlığın yaradılması, həmçinin beynəlxalq təcrübə və normativ çərçivələrin milli sistemlərdə tətbiqi imkanlarının müzakirəsindən ibarət olub.

Tədbir, eyni zamanda, qlobal səviyyədə artan tənzimləmə tendensiyaları, ESG və davamlılıq hesabatlılığının gücləndirilməsi, rəqəmsallaşma və süni intellektin audit proseslərinə təsiri kimi məsələlərin auditor təşkilatlarının idarəetmə mexanizmlərinə necə inteqrasiya olunmalı olduğunu gündəmə gətirib.

Konfransda ölkəmizi Auditorlar Palatasını sədrin müşaviri Fəqan Qarayev və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov təmsil ediblər.

F.Qarayev çıxışında qlobal peşəkar özünüidarəetmə modellərinin inkişafının, auditor peşəsinin beynəlxalq standartlara uyğun təşkilinin və auditdə keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin Ukraynanın Auditorlar Palatasının bu sahədə atdığı addımları yüksək qiymətləndirib.

Q.Əhmədov isə bu konfransın qlobal miqyasda audit peşəsinin qarşısında duran çağırışları, özünüidarəetmə modellərinin təkmilləşdirilməsi imkanlarını, ölkələrin milli audit sistemlərinin dünyaya inteqrasiyasının əhəmiyyətini və bu sahədə xarici ölkələrin qabaqcıl təcrübələrini müzakirə etmək baxımından mühüm platforma olduğunu bildirib.

Tədbir zamanı konfransın proqramına uyğun olaraq “Auditorların peşəkar özünüidarəetməsinin beynəlxalq modelləri: dövlət nəzarəti və peşəkar müstəqillik arasında balans”, “IFAC-ın üzvlük öhdəlikləri və auditin keyfiyyətinin yüksəldilməsində rolu”, “Polşada audit sahəsində islahatlar və gələcək perspektivlər”, “Rumıniya audit peşəsinin strukturu və inkişafı”, “Macarıstanda audit nəzarəti və peşəkar birlik arasında səlahiyyət bölgüsü”, “Ukraynada hüquqi islahatlar, peşəkar özünüidarəetmənin formalaşdırılması və yeni reallıqda inkişaf istiqamətləri” mövzularında geniş fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri