Icma.az
close
up
RU
Autizm riskində əsas ekoloji faktor havanın çirklənməsi ola bilər TƏDQİQAT AZƏRTAC

Autizm riskində əsas ekoloji faktor havanın çirklənməsi ola bilər TƏDQİQAT AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Son elmi tədqiqatların nəticələri göstərir ki, havanın çirklənməsi autizm spektri pozğunluğu (ASD) riskində ekoloji faktor kimi rol oynayır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Brain Medicine” jurnalında dərc edilən bir araşdırmada alimlər bu barədə məlumat veriblər.

Elm adamları qeyd ediblər ki, havanın çirklənməsi, genetik və ətraf mühit təsirlərinin qarşılıqlı təsirini gücləndirərək neyroinkişafa zərərli təsir göstərə bilər. Hava çirkləndiriciləri arasında xüsusilə incə hissəciklər (PM2,5 və PM10), kükürd dioksid (SO₂), azot oksidi (NO), azot dioksidi (NO₂) və ozon (O₃) autizmin yaranma riskində böyük rol oynayır. Bu çirkləndiricilər orqanizmdə oksidləşdirici stressə, neyroiltihaba və neyrotransmitter sistemində pozulmalara səbəb olur. Hamilə qadınlar və gənc uşaqlar, beynin həssas inkişaf mərhələlərinə görə daha yüksək risk altındadırlar.

Araşdırmalar göstərir ki, PM2,5 və PM10 kimi incə hissəciklər nəfəs yolu ilə orqanizmə daxil olaraq qan dövranına keçir və hətta plasenta maneəsini aşa bilər. Bu hissəciklərin prenatal mərhələdə məruz qalınması, xüsusilə hamiləliyin erkən dövründə ASD riskini artıra bilər.

Avtomobil emissiyaları və sənaye yanacaqları nəticəsində yaranan NO və NO₂ də autizm riski ilə əlaqələndirilib. Həmçinin O₃ (ozon) xüsusilə PM2,5 ilə birləşdikdə, inkişaf edən beyinə oksidləşdirici təsir göstərərək neyroinkişaf pozğunluqlarına səbəb ola bilər.

SO₂ və bəzi uçucu üzvi birləşmələr də hamilə qadınlarda və gənc uşaqlarda ASD riskini artıra bilər. Çirkləndiricilərin beyinə təsiri bir neçə mexanizm vasitəsilə baş verir: neyroiltihab, oksidləşdirici stress, epigenetik dəyişikliklər və endokrin sistemin pozulması. Xroniki iltihab və neyrotransmitter balanssızlıqları ASD riskini artıran əsas faktorlardan biridir.

Ümumiyyətlə, havanın çirklənməsinin ASD riskini artırdığı bu tədqiqatla bir daha vurğulanıb. Elm adamları, bu əlaqəni daha yaxşı anlamaq və profilaktik tədbirlər hazırlamaq üçün əlavə tədqiqatların vacibliyini qeyd edirlər. Hamiləlik və erkən uşaqlıq kimi həssas dövrlərdə havanın keyfiyyətinin artırılması ASD riskini azaltmağa kömək edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 06:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri