Icma.az
close
up
RU
Autsayderin ikinci “qurban”ı: 676 günlük baş məşqçi İdman və Biz

Autsayderin ikinci “qurban”ı: 676 günlük baş məşqçi İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XII turu növbəti baş məşqçi istefası ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Şahin Diniyevin “Səbail”dən ayrılması maraqlı məqamlarla da diqqət çəkib.

Autsayderin ikinci “qurban”ı
Çempionatın autsayderi “Kəpəz” mövsümdə ikinci qələbəsini qazanıb. Bu dəfə də Gəncə təmsilçisinin qalibiyyəti rəqibdəki istefaya səbəb olub. IX turda Roman Qriqorçuku yola salan “Kəpəz” indi də Diniyevi “Səbail”dən göndərib. Qərblilər öncə 4:3, indi 1:0 hesabına sevinib. Maraqlıdır, görəsən gəncəlilərin uduzmadığı növbəti oyunda “qurban” kim olacaq? “Kəpəz”in növbəti üç turdakı rəqibləri “Sabah”, “Araz-Naxçıvan” və “Şamaxı” olacaq. Bu üç komandadan yalnız Naxçıvan klubunda istefa “qoxusu” yoxdur. Digər iki komanda isə autsayder “sillə”si ilə baş məşqçisini itirə bilər.

İstefa “üçbucağ”ı

Misli Premyer Liqasında ümumilikdə mövsümün 4-cü istefası gerçəkləşib. “Kəpəz”in qurbanlarından başqa iki klub baş məşqçisini dəyişib. Öncə qərblilərin özü Adil Şükürovu yola salaraq Azər Bağırovu gətirib. “Neftçi” Qriqorçukla vidalaşdıqdan sonra onu əvəzləyən Samir Abasov da “Sumqayıt”dakı postunu tərk edib. Onu da Vaqif Cavadov əvəzləyib. Maraqlıdır ki, bütün istefalar son 3 pillədə qərarlaşan komandalarda baş verib. “Kəpəz” 10-cu, “Neftçi” 9-cu, “Sumqayıt” 8-ci yerdə olduğu vaxt çalışdırıcısını dəyişmişdisə, “Səbail” də 9-cu yerdəykən belə addım atıb. Görünür ki, son üç pillə istefa “üçbucağ”ına çevrilib.

Nəhsdə qalıb

“Səbail” mövsümdəki 13-cü oyunda baş məşqçisi ilə vidalaşıb. Bakı klubu Premyer Liqada 12, kubokda 1 matça çıxıb. Nəhs rəqəm Diniyev üçün sonuncu olub. Sonuncu həm də mövsümdə 9-cu məğlubiyyət kimi yadda qalıb. 2-si çempionat, 1-i kubokda olmaqla 3 qələbəsi olan komanda 1 heç-heçə edib. 21 qol vuran komanda 22 top buraxıb. Amma bu balansın belə olması kubokda II Liqa təmsilçisi “Dinamo” üzərində 6:0 hesablı qələbə sayəsində mümkün olub.

676 günlük baş məşqçi

Diniyevin “Səbail”ə təyinatı 2022-ci il dekabrın 28-də gerçəkləşib. O, həmin vaxt Mahmud Qurbanovu əvəzləyib. 2022/23 mövsümünün ikinci yarısını iş başında olan mütəxəssis 2023/24 mövsümünü əvvəldən sonadək postunda qalıb. Cari çempionatın 1/3 hissəsi isə onun vidası üçün yetərli olub. Diniyev “Səbail”ın sükanı arxasında 676 gün qalıb.

Cəmi 21 qələbə

Paytaxt təmsilçisi sabiq baş məşqçisinin rəhbərliyi altında 73 matça çıxıb. Cəmi 21 qələbəsi olan komanda 14 heç-heçə edib və 38 dəfə uduzub. 106 qol vuran bakılılar 123 top buraxıblar. Premyer Liqadakı 66 matçda 68 xal yığan “Səbail” 18 qələbə və 14 heç-heçəyə sevinib. Məğlubiyyət sayı isə 34 olub. Çempionatdakı top fərqi 84-114-dür. Kubokdakı 7 qarşılaşma 3 qələbə və 4 məğlubiyyətlə bitib. 22 qol vuran komanda 9 top buraxıb.

Qeyd edək ki, “Səbail” Diniyevsiz ilk oyununa noyabrın 9-da çıxacaq. Bakı klubu evdə “Turan Tovuz”la üz-üzə gələcək.

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri