Avadanlıq və nəqliyyat vasitələrinin ixracı bir trilyon avronu ötüb
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən il Avropa İttifaqının (Aİ) ixracı 2 trilyon 583 milyard avroya çatıb. İdxalın həcmi isə 2 trilyon 437 milyard avro təşkil edib. Avtosfer.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin - “Eurostat”ın hesabatında bildirilib. Aİ ticarət həcmində əsas pay (39,2 faiz) avadanlıq və nəqliyyat vasitələrinə məxsusdur. Bu kateqoriya üzrə ixrac 1 trilyon 13 milyard avro, idxal isə 801 milyard avro (ümumi idxalın 32,9 faizi) təşkil edib. İkinci sırada kimya məhsulları qərarlaşıb. Bu məhsullar üzrə ixracın həcmi 560 milyard avro, idxal isə 322 milyard avro olub. Ötən il ən yüksək ticarət profisiti (237 milyard avro) məhz bu sahədə olub. Qida, içki və tütün məhsulları üzrə ixrac 209 milyard, idxal isə 157 milyard avro təşkil edib. Digər məhsul növləri, o cümlədən mineral yanacaqlar, sürtkü materialları və müvafiq məhsullar üzrə xammal kateqoriyasında ticarət kəsiri (–355 milyard avro) qeydə alınıb. Belə ki, bu sahə üzrə ixracın həcmi 131 milyard, idxalın həcmi isə 466 milyard avro olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















