“Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyətində strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avant şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxili strukturlaşma və korporativ idarəetmənin optimallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoyur. Bu çərçivədə tikinti şirkəti olmayan “Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi ilə bağlı hüquqi prosedurlar başlanmışdır. “Avant Group” MMC-nin sturukturu şirkətlər qrupuna daxil olan “Avant Construction” MMC ilə birləşdirilmişdir.
Qeyd etmək vacibdir ki, bu qərar fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil və qrup daxilində idarəetmənin daha çevik, şəffaf və səmərəli qurulması məqsədi daşıyır. Sözügedən ləğv prosesi texniki-hüquqi xarakterlidir və yenidən strukturlaşma strategiyasının tərkib hissəsidir.
Eyni zamanda bildiririk ki, “Avant Construction” MMC, “Avant Luxe” MTK, “Avant Group” MTK, “Avant Green” MTK və şirkətlər qrupuna daxil olan digər hüquqi şəxslər öz fəaliyyətlərini tam həcmdə və fasiləsiz şəkildə davam etdirir. Mövcud layihələr, öhdəliklər, tərəfdaşlıq münasibətləri və müştərilərlə iş rejimi dəyişməz qalır.
Bu addım nəticəsində idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək, qərarvermə prosesləri sürətlənəcək, korporativ məsuliyyət və nəzarət mexanizmləri gücləndiriləcəkdir.
Avant şirkətlər qrupu bazarda etibarlı mövqeyini qoruyaraq, uzunmüddətli inkişaf və şəffaf idarəetmə prinsiplərinə sadiqliyini davam etdirir.
İctimaiyyətə və tərəfdaşlarımıza göstərdikləri etimada görə təşəkkür edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















