“Avant Group”un Yasamalda özbaşınalığı davam edir: Toz torpaq, səs küy, ağac terroru… Video
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində uzun müddətdir böyük tikinti işləri aparan “Avant Group” MT sakinləri narazı salmaqda, narahatıq yaratmaqda və yaşıllıqları məhv etməkdə davam edir.
Hurriyyet.az xəbər verir ki, bu problemi dəfələrlə ictimailəşdirən aparıcı Nigar Sabirqızı şirkətlə bağlı növbəti dəfə paylaşım edib. O bildirib ki, narahatlıq yaradan tikinti zamanı bütün yaşıllıqlar məhv edilir, ancaq nə qarşısını alan var, nə də müdaxilə edən:
“Səhər pəncərədən baxanda onsuz da eybəcər şəklə salınmış mənzərəmizdə “Avant”ın yeni əl işini gördüm. Onsuz da ərazidəki ağacları məhv etmişdilər, olan-qalan 4-5 ağacı da belə məhv edirlər. Gecə yaratdıqları səs-küyün səhər açılanda nəticələrini görürük”. (Tribuna.az)
Narazılığa səbəb olan böyük tikinti işləri aparan “Avant Group” MTK 07.05.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 100 manat olan MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizavan oğludur.
Həmçinin bildirək ki, MTK son 2 ildə adını 2 dəfə dəyişib. 2020-ci ilin dekabr ayına kimi MTK-nın adı “Güvən”, 2021-ci ilin oktyabr ayına kimi isə “İnternational Developmet Group” olub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Yanvar 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















