AVF də yeni təyinat
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmisi beynəlxalq arenada növbəti dəfə təmsil olunacaq. Qurumun Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) mühüm təyinat alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Frişman 20 yaşadək qız voleybolçular arasında təşkil olunacaq Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) 1-ci təsnifat mərhələsində supervayzer qismində hakimlərin fəaliyyətini qiymətləndirəcək.
Oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək çempionatda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstan yığmaları mübarizə aparacaqlar. Turnirin A qrupunda qərarlaşan Azərbaycan millisi qrup mərhələsində Polşa və Latviya komandaları ilə üz-üzə gələcək.
Baxış sayı:105
Bu xəbər 22 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















