Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Atom enerjisi qurğusuna malik aviadaşıyıcı gəmilərə sahiblənmiş az sayda ölkə var.
Reyting.az xəbər verir ki, 2026-cı ildə dərc edilmiş hesabata görə, aviadaşıyıcı gəmilər sahəsində tam üstünlük ötən illərdə olduğu kimi, yenə də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsusdur.
Statistika göstəricilərə əsasən, ABŞ-nın hazırda 11 atom aviadaşıyıcısı var ki, onların sırasına "Nimitz" modelinə və ən son modeldən olan, daha müasir sxemə malik "Gerald R. Ford" gəmiləri də daxildir. Üstəlik, sözügedən bu aviadaşıyıcılar ABŞ-nın qlobal hərbi güc proyeksiyasının əsasını təşkil edir.
Atom mühərriki sayəsində bu gəmilərin illərlə yanacaq doldurmadan dənizdə qalmaq gücü var. Ümumiyyətlə, onların fəaliyyət müddəti yalnız əsas ərzaq ehtiyatı tükənəndə və yaxud heyətin dözümlülüyü ilə məhdudlaşa bilər.
Fransa Avropada atom aviadaşıyıcısına sahib olan yeganə ölkədir. Bu nüvə dövləti 2001-ci ildən bəri xidmətə buraxılmış "Şarl de Qoll" aviadaşıyıcısı ilə Fransa ordusunun əsas dayağına çevrilib. Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus bu donanma hazırda ölkənin əsas güc platforması hesab olunur. Paris hətta 2030-cu illərin sonunadək onu əvəz edəcək yeni nəsil atom aviadaşıyıcısı inşa edəcəyini də təsdiqləyib.
Çin atom aviadaşıyıcısı sahəsində rəqiblərindən geri qalsa da, artıq ilk belə aviadaşıyıcının tikintisini sürətləndirməyə başlayıb. Çinin aviadaşıyıcısının 2030-cu ilə qədər hazır olacağı gözlənilir.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Fevral 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















