Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
“British Airways” və “Virgin Atlantic” kimi 90-dan çox aviaşirkəti təmsil edən qurum martın 21-də Londonun Hitrou hava limanının bir günlük bağlanması nəticəsində yaranan zərərlə bağlı razılıq əldə olunmasa, aeroportu məhkəməyə verə biləcəklərini bildirib. SİA xəbər verir ki, Hitrou Hava Yolları Operatorları Komitəsinin icraçı direktoru Naycel Vikinq məsələnin danışıqlar yolu ilə həllinə ümid edir:
“Əgər çəkilən xərclərlə bağlı yetərincə kompensasiya və geri ödəniş əldə etməsək, bu, hüquqi addım atmaq üçün əsas ola bilər”, – deyə o, bildirib.
Xatırladaq ki, martın 21-də səhər saatlarında Avropanın ən böyük hava limanı olan Hitrou yaxınlığında yerləşən elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində enerji təchizatında ciddi fasilə yaranıb. Bu səbəbdən hava limanının fəaliyyəti tamamilə dayandırılıb. Təyyarələrin uçuşuna və enişinə icazə verilməyib. Təxminən 1300 reys ləğv olunub və 250 min sərnişin bu vəziyyətdən təsirlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Mart 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















