AVM lərin qapısında kassa qurulur? Məntiqsiz qərardır
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə ticarət mərkəzlərinə girişin ödənişli olması ilə bağlı səslənən təkliflər regionda da müzakirə mövzusuna çevrilib. Bu fonda belə bir sistemin Azərbaycanda tətbiqinin mümkünlüyü və onun iqtisadi nəticələri diqqət mərkəzindədir. Girişin ödənişli olması istehlakçı axınına təsir göstərə, xüsusilə daimi alış-verişin azalmasına səbəb ola bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, AVM-lərin girişlərinin ödənişli edilməsi ilə bağlı Türkiyədə hər hansı rəsmi qərar qəbul edilməyib, bu məsələ yalnız müzakirə səviyyəsində gündəmə gəlib.
"Bunun əsas səbəbi isə təhlükəsizlik məsələləridir. Məlum olduğu kimi, Türkiyədə müəyyən dövrlərdə terror təhlükəsi ilə bağlı risklər mövcud olur və bu baxımdan insanların axınının tənzimlənməsi mövzusu ortaya çıxır. Azərbaycanda isə bu istiqamətdə ciddi problem müşahidə olunmur. Ümumilikdə isə nə Azərbaycan, nə də Türkiyə iqtisadi modeli üçün AVM-lərə girişin ödənişli olması məntiqli qərar sayılmır".
Ekspert bildirib ki, qısa müddətdə müəyyən gəlir əldə etmək mümkün olsa da, uzunmüddətli perspektivdə bu addım AVM daxilində fəaliyyət göstərən mağazalara, restoranlara və digər obyektlərə mənfi təsir göstərə bilər.
"Məsələn, bir şəxs kinoya getmək istəyir. Film bileti üçün artıq müəyyən məbləğ ödəyir, əlavə olaraq parkinq və giriş haqqı da tətbiq olunarsa, bu, ümumi xərci xeyli artırır. Belə olan halda, insanlar AVM-ə getmək qərarını daha çox düşünəcək və bəzi hallarda ümumiyyətlə bundan imtina edəcək. Digər tərəfdən, AVM-lər yalnız alış-veriş məkanı deyil, həm də insanların vaxt keçirdiyi, görüşdüyü sosial mühitdir. Xüsusilə tələbələr və gənclər tez-tez bu məkanlara gedir, bəzən əvvəlcədən alış niyyəti olmasa da, sonradan spontan alışlar edir və ya digər xidmətlərdən istifadə edirlər. Girişin ödənişli olması bu axını azalda və nəticədə ümumi dövriyyəyə mənfi təsir göstərə bilər".
Onun sözlərinə görə, bu baxımdan, belə bir qərar həm Türkiyə, həm də Azərbaycan üçün məqsədəuyğun hesab edilmir.
"Əgər müəyyən tənzimləmə ehtiyacı yaranarsa, dünya praktikasında olduğu kimi, AVM daxilində xüsusi və ya VIP zonaların yaradılması daha uyğun alternativ ola bilər. Əks halda, ümumi girişin ödənişli edilməsi orada fəaliyyət göstərən obyektlər üçün iqtisadi daralma ilə nəticələnə bilər".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Amerikalıların məntiqsiz mövqeyi ilə qarşılaşırıq”
20 May 2025 15:40
Həm yalan, həm də məntiqsiz
02 Aprel 2025 10:19
Makronun partiyası istefa çağırışlarını “məntiqsiz” adlandırıb
07 Oktyabr 2025 16:53
“Hayakve”dən məntiqsiz açıqlama: “Təhlkükə var”
29 Yanvar 2025 13:22
Ağamalının məntiqsiz mövqeyi TƏNQİD EDİLDİ KONKRET
22 May 2026 17:01
Baxış sayı:142
Bu xəbər 08 Aprel 2026 21:39 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları