Avqustda Kliniki Tibbi Mərkəzə 94 nəfər zəhərlənmə ilə müraciət edib
Icma.az, Dogru.az saytına istinadən bildirir.
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 94 nəfər zəhərlənmə səbəbi ilə qəbul olunub.
Doğru.az xəbər verir ki, KTM-in mətbuat xidmətindən bildirilib ki, xəstələrdən 30 nəfəri dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənib. Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm səbəbindən şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənənlərdən 2 qadın və 2 kişi olmaqla 4 nəfər dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənmələri nəticəsində qeydə alınıb.
DOĞRU.AZ

Zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə neçə müraciət olub?
04 Noyabr 2024 18:59
Zəhərlənmə ilə əlaqədar ötən ay Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayı açıqlanıb
01 Oktyabr 2025 11:31
Ötən ay Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə əlaqədar müraciət edənlərin sayı açıqlanıb AZƏRTAC
07 Yanvar 2025 11:37
Oktyabrda zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə daxil olan müraciətlərin sayı açıqlanıb
04 Noyabr 2024 19:26
İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 17 müraciət edilib
08 İyul 2025 13:46

