Avqustun 22 də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 18 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 22-də rəqəmsal SAT imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda təşkil olunacaq. İmtahanda iştirak edəcək namizədlər qeydiyyatdan keçdikləri test mərkəzinə diqqət yetirməli və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvana yaxınlaşmalıdırlar.
İmtahan mərkəzlərinin ünvanları aşağıdakılardır:
Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129);
Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582).
İştirakçılar saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar. Onlar özləri ilə şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, buraxılış vərəqəsi (“Admission Ticket”), həmçinin “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet və adapter gətirməlidirlər.
Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq. İmtahan iştirakçılarına əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama vərəqləri imtahan mərkəzi təqdim edəcək.
Notbuk və ya planşetini imtahan mərkəzinə gətirməyən, eləcə də “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçməyən şəxslərin imtahana buraxılması mümkün olmayacaq. Bildirilib ki, avqustun 22-də keçiriləcək SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq test set-up prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra buraxılış vərəqəsi iştirakçılara onlayn təqdim ediləcək.
Qeyd edək ki, 2026-cı ildə SAT imtahanlarının DİM-in hər iki binasında sentyabrın 12-də, oktyabrın 3-də, noyabrın 7-də və dekabrın 5-də keçirilməsi nəzərdə tutulur.
Baxış sayı:84
Bu xəbər 18 Avqust 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















