Icma.az
close
up
RU
Avrasiya üçbucağı nın bir çox bucağı var ANALİTİK

Avrasiya üçbucağı nın bir çox bucağı var ANALİTİK

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Natiq Cəfərli: "İlham Əliyevin Türkmənistana səfəri və orada aparılan danışıqlar, imzalanan müqavilələr  Azərbaycanın regional və beynəlxalq mövqeyini möhkəmləndirir"

Azərbaycan, Türk dünyasının bir hissəsi olaraq, qardaş türk dövlətləri ilə münasibətlərini daim strateji önəmli hesab edib və onların inkişafına hər zaman dəstək göstərib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Türk dünyası bizim ümumi ailəmizdir. Bu baxımdan rəsmi Bakı Türk Dövlətləri Təşkilatının (TDT) da daha güclü olması üçün hər zaman əlindən gələni edib. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə getməsi və Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri arasında keçirilən yüksəksəviyyəli görüşün nəticələri isə həm ikitərəfli əlaqələrin, həm də üçtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanat zamanı səsləndirilən fikirlər də bu üç türk dövləti arasında yeni əməkdaşlıq mərhələsinin başlanmasından xəbər verir. Bu mühüm məqamı Prezident İlham Əliyev də öz çıxışında ayrıca vurğuladı. Dövlətimizin başçısı Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığın əldə edilməsini tarixi hadisə kimi qiymətləndirdi və qürur hissilə qeyd etdi ki, bu gün bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Bu format, “Avrasiya üçbucağı” kimi də adlandırılan təşəbbüs, Türk Dövlətləri Təşkilatının çərçivəsinə daxil olmasa da, onun güclənməsinə təkan verən strateji əhəmiyyətli addımdır. Eyni zamanda, regionda geoiqtisadi və nəqliyyat-logistika imkanlarını birləşdirən Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin bir araya gələrək qəbul etdiyi qərarlar, Türk dünyasının inteqrasiyasını və regional əməkdaşlığı daha da dərinləşdirəcək.Bu zirvə görüşü göstərir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlığı dərinləşdirir və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini sıx dəstəkləyir. Yeni format həm regional inteqrasiya, həm də dayanıqlı iqtisadi inkişaf üçün əlverişli imkanlar yaradır və Türk dünyasının daha da yaxınlaşmasına xidmət edir.

Danışıqlar çərçivəsində üç türk ölkəsi arasında əməkdaşlığın müxtəlif aspektlərinin, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərinin - xüsusən də siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə məsələlərin geniş müzakirə edilməsi tərəflərin bir-birinə daha da yaxınlaşmasına təkan verəcək. 

Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alsaq görərik ki, belə bir üçtərəfli əməkdaşlıq formatı hər üç dövlət üçün faydalı olacaq. 


ReAl Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və orada həm də Özbəkistan Prezident ilə görüşlərinin region üçün strateji əhəmiyyət daşıyan layihələrin müzakirəsi və bir sıra önəmli anlaşmaların imzalanması ilə yadda qaldığını deyib. 


Natiq Cəfərlinin sözlərinə görə, bu səfər xüsusilə enerji və logistika sahəsində Türk dövlətləri arasında mövcud potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: 

“Azərbaycan bu layihələrdə bir körpü rolunu oynayır, yəni həm logistika, həm də energetika sahəsində imzalanan müqavilələr ölkəmiz üçün strateji əhəmiyyətlidir. Unikal bir şans yaranıb ki, uzun illər müzakirə olunan Trans-Xəzər qaz-boru kəməri layihəsi reallaşa bilər. Bu boru kəmərinin tikintisi yalnız region ölkələri üçün deyil, həm də Avropa bazarına qaz tədarükünü artırmaq baxımından vacibdir. Azərbaycanın mövcud infrastrukturundan istifadə etməklə Avropa ölkələrinə daha çox qazın çatdırılması mümkün olacaq ki, bu da bir tərəfdən Azərbaycanın, digər tərəfdən isə Orta Asiya və digər Türk Cümhuriyyətlərinin geosiyasi və iqtisadi əhəmiyyətini artıracaq, regionda iqtisadi dividendlərin yaranmasına imkan yaradacaq”.

Səfər çərçivəsində Özbəkistanın Xəzər hövzəsində müxtəlif layihələrdə iştirakla bağlı təşəbbüsü də N.Cəfərli tərəfindən maraqlı və yenilikçi yanaşma kimi qiymətləndirilib. Onun fikrincə, bu layihə region əməkdaşlığında ciddi irəliləyişə səbəb ola bilər. Özbəkistanın son zamanlar sürətlə inkişaf edən dövlətlərdən biri olduğunu vurğulayan ekspert deyib ki, özünün qaz yataqları olan Özbəkistanın bu istiqamətdə təcrübəsi də var. Xəzər hövzəsində Azərbaycan, Türkmənistanla birgə fəaliyyət göstərmək Özbəkistanın önəmini daha da artıracaq.


ReAL sədri hesab edir ki, yaxın gələcəkdə Cənubi Qafqazın geosiyasi və iqtisadi əhəmiyyətinin yenidən, kəskin artdığının şahidi olacağıq: 

“Avropanı Asiya ilə birləşdirən Orta Koridorun genişləndirilməsi, gələcəkdə Zəngəzur dəhlizinin açılması Azərbaycanı yeni bir regional mərkəzə çevirmək üçün böyük imkanlar və şanslar yaradır. Bu yolda Türk Dövlətləri Birliyinin əməkdaşlığı isə həlledici rol oynayır. İlham Əliyevin Türkmənistana səfəri və orada aparılan danışıqlar, imzalanan müqavilələr də Azərbaycanın regional və beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu səfər həm enerji və logistika sahəsində strateji əməkdaşlığı gücləndirir, həm də Azərbaycanın Orta Asiya və Avropa arasında vacib bir körpü kimi rolunu daha da möhkəmləndirir. Regionda yeni iqtisadi imkanların və geosiyasi sferada daha böyük təsirin yaranması perspektivi açıq şəkildə görünür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see285

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see285

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see270

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see255

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see253

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see241

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see222

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see216

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see191

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see184

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see182

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see176

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see172

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see172

Qadın qiyafəsində qaçmağa çalışarkən tutuldu “80 nəfəri öldürmüşəm” Video

17 Sentyabr 2026 02:40see172

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see166

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see165

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see165

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri