Avro güclənir, neft sürətlə dəyər itirir: Hadisələr istəyimizin, gözləntilərimizin əleyhinə inkişaf edir
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, ABŞ prezidentinin ölkənin ticarət tərəfdaşları ilə münasibətlərə yenidən baxması birjalarda fərqli mənzərə yaradıb. Yüksək vergi tarifləri bir çox məhsulları dəyərdən salıb. Neftin qiyməti uzun müddətdir 70 dollar psixoloji həddindən aşağı düşmürdü. Belə görünür ki, məhsulun daha ucuz təklif olunacağı dönəmləri bir daha görəcəyik.
Bir barelin 70 dollara satılması bizim üçün də psixoloji həddir. Çünki dövlət büdcəsində məhz bu göstərici əksini tapıb. Neftin daha ucuz dəyərləndirilməsi ölkə iqtisadiyyatına ciddi zərbədir. Onsuz da vəziyyətimiz yaxşı deyil. Rəsmi səviyyədə etiraf olunmasa da, az qala bütün müstəvilərdə geriləmə müşahidə edilir. Neft daha ucuz satılacaqsa, ölkəyə daha az valyuta gələcək, devalvasiya ehtimalı bir az da artacaq.
Son günlərin mövzusu həm də devalvasiyadır. Mərkəzi Bankın martın əvvəlindən ortaya qoyduğu mövqe şübhəlidir. Keçən ay ümumiyyətlə valyuta hərracı keçirilməyib. Adətən, ay ərzində 7 belə hərrac qeydə alınırdı. Fevralda hərracların sayı hətta 9-a çatmışdı. Mərkəzi Bank bu istiqamətdə tamamilə fəaliyyətsiz olmaq qərarı verib. Üstəlik, açıqlanıb ki, bundan sonra hərraclar barədə ictimaiyyətə məlumat verilməyəcək. Bunu necə başa düşmək olar? Ya banklara xarici valyuta paylanması dayandırılır, ya da həcm o qədər böyükdür ki, baş verənləri ictimaiyyətdən gizlədirlər.
Avronun sürətlə güclənməsi də bizim üçün yaxşı xəbər deyil. Əlbəttə, okeanın o tayında baş verənlərə görə Avropa valyutasının dollara nisbətdə möhkəmlənməsi gözlənilən idi. Amma biz belə xəbərə sevinə bilmərik. Bu cür sıçrayışlar manat üçün yaxşı gələcək vəd etmir. Ümumiyyətlə, iqtisadi zəlzələlər Azərbaycan kimi ölkələrdə daha çox dağıntı yaradır.
Aytən, Bizimyol.info
Baxış sayı:85
Bu xəbər 07 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















