Icma.az
close
up
RU
avrobkuboklara gedəcək klublar son turda müəyyənləşəcək Ruan Renato

avrobkuboklara gedəcək klublar son turda müəyyənləşəcək Ruan Renato

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Zirə”nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının 26-cı turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Dramatik sonluqla başa çatan görüşdə 3 xal qazandınız. Qəbələni necə şərh edərdiniz?

- Oyunun çətin keçəcəyini bilirdik. Həftə ərzində formada olan “Səbail”ə qarşı oynayacağımızı anlayırdıq. Məşqlərimiz də bunun üzərində qurulmuşdu. Gördüyünüz kimi, rəqib sona qədər mübarizə apardı. Yalnız final fitinə saniyələr qalmış qol vurub qələbə qazandıq. Nəticədən məmnunuq.

- Demək olar ki, erkən qol vura bilməmək “Zirə”nin işini çətinləşdirdi?

- Digər oyunlarda hücumameyilli futbolçularımız yaxaladıqları şanslarda istifadə edirdilərsə, bu dəfə alınmadı. İlk hissədə hesabı aça bilmədik. Belədə istər-istəməz vaxt daraldıqca təzyiq də artır.

- Dirəkdən qayıdan toplarınız oldu. Həmin anda düşünmədiniz ki, futbol yazılmayan qanunu – vurmayana vurarlar işə düşəcək və rəqib hesabı açacaq?

- Futbolda bəzən belə situasiyalar olur. Qol vəziyyətindən istifadə edə bilmədikdə təzyiq yaranır, stressi hiss edirsən. Xüsusən də “Səbail” kimi komandaya qarşı. Çünki onlar əks-hücumlarda yaxşıdırlar. Ani diqqətsizlik rəqibin fərqlənməsinə gətirib çıxara bilərdi. Xoşbəxtlikdən bu olmadı.

- Ardıcıl 4-cü qələbənizi qazandınız və 3-cü pillədəki “Araz-Naxçıvan”la aranızdakı xal fərqi 5-ə çatdı. “Zirə”nin əmin addımlarla ötənilki kimi gümüş medala doğru irəlilədiyini söyləyə bilərik?

- Xeyr, deməzdim. Baxmayaraq ki, xal fərqimiz böyüyüb. Amma mövsümün sonuna hələ çox var. Rəqiblərimiz son ana qədər mübarizə aparacaqlar. Düşünürəm ki, avrobkuboklara gedəcək klublar son turda müəyyənləşəcək. Rəqiblər istəyimizə tez çatmağı imkan verməzlər. Sona qədər mübarizə aparacaqlar.

- Yarımfinaldakı rəqibin “Qarabağ” olduğunu və apreldəki sıx təqvimi nəzərə alsaq, kubokda mübarizəni dayandırmağın çempionatda “Zirə”nin xeyrinə olduğunu demək mümkündür?

- Bu fikirlə razı deyiləm. Çünki mövsümə başlayarkən qarşımızda iki hədəf var idi. Biri çempionatda mümkün olduğu qədər yuxarı pillələrdə qərarlaşmaq və kubokda final oynamaq. Təəssüf ki, “Araz-Naxçıvan”la kubok oyunlarında rəqib 3 penaltidən faydalanaraq növbəti mərhələyə adladı. Bunda individual səhvlərimizin rolu oldu. Penaltilərdə uduzmağı həzm etmək çətin oldu. Halbuki ötən ilki kimi, yenə də finalda oynamaq istəyirdik.

- Növbəti turda səfərdə “Sabah”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Çempionatda uğurlu seriyamızı davam etdirmək istəyirik. Buna görə də “Sabah” səfərində də meydana 3 xal üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri