Icma.az
close
up
RU
Avrokubok üçün geniş heyət və büdcə vacibdir Ayxan Abbasov

Avrokubok üçün geniş heyət və büdcə vacibdir Ayxan Abbasov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Avrokubok üçün geniş heyət və büdcə vacibdir" - Ayxan Abbasov

"Mühüm qələbə qazandıq. Futbolçulardan daha inamlı olmalarını istəyirəm".

QOL.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunda “Zirə” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib. Mütəxəssis azarkeşlərə təşəkkür edib, rəqibin güclü və stabil kollektiv olduğunu, onların da ağır qrafikdən çıxdığını vurğulayıb:

"Komandamı və futbolçuları təbrik edirəm. Rəqib kifayət qədər güclü idi və son illərdə stabil çıxışı ilə seçilən kollektivdir. Onlar da ağır oyun qrafikindən çıxmışdılar. Qarşılaşma ərzində hər iki tərəfin qol epizodları oldu. Vacib qələbə qazandıq, lakin yolumuza davam etməliyik. Futbolçularımdan meydanda daha inamlı və istəkli olmalarını gözləyirəm".

Ayxan Abbasov avrokubok hədəfləri barədə danışarkən geniş heyət və büdcə amilini qabardıb:

"Avrokuboklarda mübarizə aparmaq üçün geniş heyət vacibdir. Hər qarşılaşmaya ciddi yanaşırıq və əsas məqsədimiz hər oyundan xal qazanmaqdır. Keçən mövsüm qış fasiləsinə qədər iki dövrədən sonra 17 xal toplamışdıqsa, bu il artıq 20 xal yığmışıq və kubokda da yolumuza davam edirik. Komandamız formalaşıb, lakin avrokuboklarda iştirak üçün maliyyə imkanları da önəmli amildir".

Baş məşqçi Afrika Millətlər Liqasına yollanacaq və bu oyunda qol vuran Msanqa barədə əvvəllər səslənən tənqidlərə isə belə cavab verib:

"Msanqa Serbiya I Liqasından gəlib. Bir həftə onu ələ salanlar olmuşdu. Deyirdilər, "Şamaxı" Tanzaniyadan futbolçu gətirib. Amma indi milliyə də dəvət alır, özünü doğruldur. Bu gün qol vurub getməsi də daha sevindirir".

Ayxan Abbasov Premyer Liqada qalmaq üçün lazım olan xallar barədə fikirlərini bölüşüb.

"Premyer Liqada qalmaq üçün 25 xalın kifayət edəcəyini düşünürəm. Ötən ildən daha yaxşı nəticə göstərmək istəyirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri