Icma.az
close
up
RU
Avrokubokların sürprizləri biz hələ böyüməliyik…

Avrokubokların sürprizləri biz hələ böyüməliyik…

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avrokuboklarda III təsnifat mərhələsi yekunlaşıb. Komandalar artıq Liqa mərhələsinin bir addımlığındadır və iki həftə sonra mövsümdə UEFA turnirlərində əsas mərhələdə yarışacaq komandaların adlarına aydınlıq gələcək.

Azərbaycan Avropa arenasında “Qarabağ”la təmsil olunacaq. “Atlılar” Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”la üz-üzə gələcək. Macarlara məğlubiyyət komandanı Avropa Liqasında yuvarlayacaq.

“Sabah” və “Araz-Naxçıvan” isə Konfrans Liqasında mübarizəni III təsnifat mərhələsində dayandırıb. “Bayquşlar” Bolqarıstanın “Levski”, “Araz-Naxçıvan” isə Kiprin “Omoniya” komandalarına uduzub.

Hər mövsüm olduğu kimi bu dəfə də avrokuboklarda pley-offlara vəsiqə qazanan sürpriz komandalar var.

İlk gözlənilməz nəticə Çempionlar Liqasında Kiyev “Dinamo”su ilə Kiprin “Pafos” komandaları arasında duellərdə yaşandı. Son illərdə Ukraynadakı müharibə səbəbindən yerli klubların da enişi başlayıb. Bunun nəticəsində 20 ildən sonra Ukraynanın heç bir təmsilçisi Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazana bilməyib. Kiyev “Dinamo”su “Pafos”la hər iki oyunda məğlub olub – 0:1, 0:2 və mübarizəni dayandırıb. Komanda Avropa Liqasında yarışacaq.

Çempionlar Liqasında digər sürpriz izə qazaxlarla bağlıdır. “Kayrat” klubu tarixində ilk dəfə pley-offlara vəsiqə qazanıb. Almatı təmsilçisi III təsnifatda təcrübəli “Slovan”ı (Slovakiya) mübarizədən kənarlaşdırıb. Komandanın 16 yaşlı hücumçusu Dastan Satpayev vurduğu qollarla Avropada adından söz etdirməyə başlayıb və artıq İngiltərə, Almaniya klubları onu yaxından izləyir.

Avropa Liqasının sürprizi isə “Linkoln”dur. Cəbəllütariq təmsilçisi Ermənistanın öndə klublarından olan “Noa”nı mübarizədən kənarlaşdırıb. Cırtdan ölkə komandasının “transfermarkt”da dəyəri 1, “Noa”nın isə 12 milyon avrodur. Lakin nəticə meydanda adların deyil, mübarizənin önə çıxdığını göstərdi.

Əsas sürprizlər isə Konfrans Liqasında qeydə alınıb. II təsnifat mərhələsində “Zirə”nin keçə bilmədiyi və güclü olduğu vurğulanan “Hayduk” Albaniyanın “Dinamo” (Tirana) komandasına uduzub. İlk oyunda 2:1 hesablı qələbə qazanan xorvatlar səfərdə 1:3 hesabıyla məğlub olub. Qeyd edək ki, “Dinamo”nun “transfermarkt”da dəyəri 6, “Hayduk”un 37, “Zirə”nin isə 13 milyon avrodur. Üç komandadan ən aşağı keyfiyyətli heyətə sahib olanı pley-offa yüksələn tərəf oldu…

Digər sürpriz futbolunun olduğuna şübhə ilə yanaşılan San Marino təmsilçisi “Virtus”un adıyla bağlıdır. Komanda ilk matçda Moldovanın iddialı komandalarından sayılan “Milsami”yə 2:3 hesabıyla uduzsa da, cavab görüşündə parlaq qələbə ilə – 3:0-la mərhələ adlamağı bacardı.

San Marino komandası avrokubokların ən zəif iştirakçılarındandır. Dəyəri 1,2 milyon avrodur. Maraq üçün qeyd edək ki, “Sabah”ın hücumdakı əsas silahı Cesse Sekidika və Pavol Safrankonun birlikdə dəyəri 2 milyon avrodur.

Azərbaycan klublarının Avropada 1-2 mərhələdən artıq gedə bilmədiyi (“Qarabağ” xaric) anda məşqçilərin ən çox dilə gətirdiyi rəqibin keyfiyyəti, gücü, təcrübəsidir. Lakin nəticələr onu göstərir ki, adlar yox, əsas olan mübarizə, meydanda sərgilənən düzgün oyun və düzgün taktika seçimidir. “Araz-Naxçıvan” və “Sabah”ın III təsnifat mərhələrində qol vurmadan məğlubiyyəti isə klublarımızın hələ Avropa arenasına hazır olmadığının göstəricisidir. Böyümək üçünsə daha çox zamana ehtiyac var…

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Avqust 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri