Icma.az
close
up
RU
Avroliqada mühüm oyun öncəsi Qarabağdan ən son yeniliklər

Avroliqada mühüm oyun öncəsi Qarabağdan ən son yeniliklər

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" Avropa Liqasında növbəti oyuna hazırlaşır. Ağdam təmsilçisi turnirin 6-cı turunda İsveçdə "Elfsborq"la qarşılaşacaq. Matç İsveç vaxtı ilə dekabrın 12-si saat 21.00-da (Bakı vaxtı ilə 13 dekabr, 00:00-da) başlanacaq.

QOL.az-ın xəbərinə görə, bu məqsədlə Qurban Qurbanovun komandası sabah İsveçə yola düşəcək. Ağdam təmsilçisi yerli vaxtla saat 18:00-da çarter reysilə səfərə gedəcək. Matçın keçiriləcəyi Buros şəhərində ("Elfsborq"un təmsil etdiyi şəhər) beynəlxalq hava limanı olmadığından Ağdam komandasını aparacaq təyyarə əvvəlcə Göteborq aeroportuna eniş edəcək. 

Bu, hardasa 6 saat yaxın yolçuluq deməkdir. Oradan isə komanda Burosa yollanacaq. Bu isə təqribən 1 saatlıq masafədir. 

Beləliklə, "Qarabağ" "Elfsborq"la matç üçün 7 saatlıq uzun yol qət edəcək və yalnız gecə saatlarında kiçik şəhər olan Burosa çatacaq (73 min nəfər əhalisi var).

Ertəsi gün  - dekabrın 11-də "Qarabağ" "Buros-Arena"da məşqə çıxacaq. Stadionun 18 minə yaxın tamaşaçı tutumu var.

"Qarabağ"ın iki futbolçusu oyunu buraxacaq

Qeyd edək ki,  bu vacib oyun öncəsi "Qarabağ"da itkilər var. Komandanın mərkəz müdafiəçisi Kevin Medina "Neftçi"yə qarşı keçirilən Premyer Liqanın 15-ci turunun oyununda əzələsini dartdığı üçün bu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Kolumbiyalı futbolçu 16-cı turda "Sabah "la oyunu da buraxmalı olub.

Bundan başqa, Aleksey İsayev də qasıq yırtığından əməliyyat olunduğundan İsveçdəki oyunda iştirak edə bilməyəcək.

"Qarabağ"a nə lazımdır?

Qeyd edək ki, 5 turdan sonra "Qarabağ" 3 xalla 32-ci, "Elfsborq" isə 4 xalla 28-ci yeri tutur. Bu mənada, "24"lüyə düşmək üçüb hər iki komandaya, xüsusən də Azərbaycan çempionuna qələbə vacibdir.

"Elfsborq" noyabrın 10-da başa çatan 2024-cü il mövsüm İsveç çempionatını 7-ci yerə başa vurub. Hazırda komanda yalnız Avroliqada yarışır. Komanda son rəsmi matçını noyabrın 28-də Avroliqada İspaniyada "Atletik"ə qarşı keçirib və 0:3 hesabı ilə uduzub.

"Qarabağ" isə Misli Premyer Liqasında 15 oyundan 38 xalla 2-ci yerdədir. Ağdam təmsilçisi lider "Araz Naxçıvan"dan 1 xal geridə qalsa da, ehtiyatda 1 oyunu da var. Ötən şənbə günü "Sabah"a qarşı  Premyer Liqanın 16-cı turunda "Qarabağ" heç-heçə edib (1:1).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri