Icma.az
close
up
RU
Avronun kəskin ucuzlaşması investorları narahat edir

Avronun kəskin ucuzlaşması investorları narahat edir

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabr ayı, avro üçün 2022-ci ilin əvvəlindən bəri ən pis ay ola bilər. Analitiklər xəbərdarlıq edirlər ki, avronun kəskin dəyişiklikləri, avqust ayında yapon yeninin kəskin hərəkətlərindən sonra qlobal bazarlarda yenidən dalğalanmalara səbəb ola bilər.   

Qaynarinfo xəbər verir ki, noyabrın əvvəlindən avro ABŞ dollarına nisbətdə təxminən 3,3% ucuzlaşıb və sürətlə paritetə — 1 dollar səviyyəsinə yaxınlaşır.

Buna Donald Trampın idxala tətbiq edəcəyi tariflərlə bağlı verdiyi vədlər, Avrozonanın iqtisadi zəifliyi və Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi səbəb olub. Eyni zamanda, ABŞ-da iqtisadi artım gözləntiləri dolların və ABŞ səhmlərinin mövqeyini gücləndirir.  

Buna baxmayaraq, investorlar və valyuta treyderləri avronun gələcəyi ilə bağlı fikir ayrılığına düşüblər. ABŞ dolları da ticarət tariflərinin inflyasiya təzyiqi və dövlət borcunun artması ilə əlaqədar təzyiqlərə məruz qalır ki, bu da Amerika bazarına olan etibarı zəiflədir.  

Volatilliyin artma riski  

Analitiklərin fikrincə, əgər avro daha da ucuzlaşarsa, qeyri-müəyyənlik artacaq və qəfil valyuta dəyişiklikləri riski yüksələcək. Bu, Trampın prezidentliyinə və ABŞ səhmlərinin artımına stavka edən treyderlərin zərər çəkməsinə səbəb ola bilər.  

Societe Generale-dən Kit Yuces deyir:  

"İnsanlar düşünməyə başlayacaq ki, biz pariteti keçəcəyik, yoxsa mövqelər bərpa olunacaq? Bu, volatilliyi artıracaq".  

Avqust ayında yapon yeninin dəyişməsi fonunda yaranmış vəziyyət artıq göstərdi ki, populyar mövqelərin qəfil bağlanması bazarı çökməyə yaxınlaşdıra bilər.  

Avro/dollar cütlüyü və qlobal iqtisadi təsirlər  

Avro/dollar dünyanın ən çox ticarət olunan valyuta cütlüyüdür. Bu cütlükdə sürətli hərəkətlər beynəlxalq korporasiyaların gəlirlərini, həmçinin idxal olunan xammalın qiymətindən asılı olan iqtisadi artım və inflyasiya perspektivlərini poza bilər.  

Barclays-dən Temos Fiotakis bildirib ki, avronun ucuzlaşması Çin, İsveçrə və Cənubi Koreya kimi xarici ticarətə həssas ölkələrin valyutalarının da dollar qarşısında zəifləməsinə səbəb ola bilər.  

Böyük Britaniya funtunun noyabr ayı ərzində dollara qarşı 2%-dən çox ucuzlaşması isə avronun dəyişikliklərinə qarşı həssaslığını göstərir.  

Valyuta bazarındakı qeyri-müəyyənlik artdıqca, investorlar hedcləmə alətlərinə müraciət edir. UBS-dən Alvize Marino qeyd edir ki, mövcud risklər bazarların qiymətləndirdiyindən daha yüksəkdir və investorlar bu dəyişikliklərdən qorunmaq üçün daha ciddi tədbirlər görməlidir.  

Gələcək üçün proqnozlar  

HSBC-dən Vilem Sels avronun 2024-cü ilin ortalarına qədər 0,99 dollar səviyyəsinə düşəcəyini gözləyir. Digər tərəfdən, Amundi-dən Vinsent Mortye isə Avrozonada faiz dərəcələrinin azalmasının iqtisadi xərcləri artıraraq avronu 2025-ci ilin sonuna qədər 1,16 dollara yüksəldə biləcəyini düşünür.  

Avro və dolların istiqaməti ilə bağlı fərqli proqnozlar, gələcəkdə daha böyük valyuta dalğalanmalarının mümkünlüyünə işarə edir. Bu dəyişikliklər isə yalnız Avropa deyil, qlobal maliyyə bazarlarını da təsirləndirə bilər.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri