Icma.az
close
up
RU
“Avropa ABŞ ın “sülh planı“na qarşı öz layihəsini təqdim edir“ “The Telegraph“

“Avropa ABŞ ın “sülh planı“na qarşı öz layihəsini təqdim edir“ “The Telegraph“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Brüssel Ukrayna ordusunun məhdudlaşdırılmasını, NATO perspektivinin bağlanmasını və Kremlə güzəşti qəbul etmir..."

Avropa diplomatları Cenevrədə ABŞ nümayəndə heyətinə Ukraynada müharibənin dayandırılması üçün 24 maddəlik öz sülh layihəsini təqdim edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Avropanın 24 maddəlik alternativ planı

Məlumatda deyilir ki, bu plan elə Trampın keçən həftə mətbuata sızmış 28 maddəlik təşəbbüsündən əvvəl hazırlanıb və əsasən ona alternativ kimi nəzərdə tutulur.

Sənədə görə:

- Ukrayna ordusunun mövcud 850 minlik şəxsi heyətinə heç bir məhdudiyyət qoyulmamalıdır. Tramp-Rusiya birgə planı isə bu rəqəmi 600 minə endirir.

- Ukraynanın ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsinə qoyulan qadağa da qəbul edilmir. Avropa planı bu qərarın yalnız Kiyevin özünə aid olduğunu bildirir.

- NATO-nun genişlənməsi məsələsində ABŞ-Rusiya planında Ukraynanın üzvlüyünə tam qadağa vardısa, Avropa sənədi bunun əksini deyir: kimlərin Alyansa daxil ola biləcəyinə NATO özü qərar verməlidir.

- Bundan əlavə, Brüssel atəşkəslə bağlı sərt şərt irəli sürür: danışıqlar yalnız bütün cəbhə xətti boyunca döyüşlərin tam dayandırılmasından sonra başlaya bilər.

"Bloomberg" nəşti yazır ki, sənəd həmçinin ABŞ-dan NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları istəyir, həmçinin Rusiyanın dondurulmuş
aktivlərinin Ukraynanın bərpasına yönləndirilməsini tələb edir. Avropa və Kiyev Moskvanın Ukraynanın hazırda Rusiya tərəfindən işğal edilməmiş ərazilərindən rəsmi şəkildə imtina etməsi tələbini də rədd edir.

"Ukrayna gələcəyini özü seçməlidir"

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsində ABŞ-ın sülh planına münasibət bildirərək Avropanın mövqeyini açıq şəkildə açıqlayıb. Onun sözlərinə görə, ədalətli və davamlı sülh yalnız Ukraynanın suverenliyi və təhlükəsizliyi qorunan halda mümkündür.

O, üç əsas prinsip sadalayıb: sərhədlər güc yolu ilə dəyişdirilə bilməz; Ukrayna ordusunun gücü məhdudlaşdırıla bilməz, çünki bu, ölkəni yenidən hücumlara açıq buraxar və Avropanın təhlükəsizliyini zəiflədər; Avropa sülh prosesinin mərkəzi rolunu öz üzərində saxlamalıdır.

Fon der Lyayen əlavə edib ki, Ukraynanın gələcəyi Avropaya bağlıdır və bu yol bərpadan başlayaraq, vahid bazara inteqrasiya, müdafiə sənayesində əməkdaşlıq və sonda Avropa İttifaqına tam üzvlüklə davam etməlidir.

O, eyni zamanda ABŞ-la əməkdaşlığın davam etdiyini qeyd etsə də, Avropa ölkələrinin vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb. Fon der Lyayenin sözlərinə görə, istənilən razılaşmanın ayrılmaz hissəsi Rusiyanın oğurladığı ukraynalı uşaqların geri qaytarılması olmalıdır.

Cenevrədə başlayan danışıqlar göstərir ki, Tramp hakimiyyətə qayıtdıqdan sonra ABŞ-ın sülh planı avtomatik qəbul olunmayacaq. Avropa bu dəfə yalnız müşahidəçi deyil, o, artıq öz geosiyasi taleyini müdafiə edən tərəf kimi çıxış edir. Ukraynaya isə seçim qalır: kimin planı onun təhlükəsizliyini, suverenliyini və gələcəyini daha real qoruyur?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri