Icma.az
close
up
RU
Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda olacaq

Avropa Ağırlıqqaldırma Akademiyası Azərbaycanda olacaq

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ağırlıqqaldırma idmanında tarixi ilkə imza atılıb.

SİA xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, dekabrın 4-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Bəhreyndə keçirilmiş növbəti konqresində, Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatı böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, AAF-ın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da qatıldığı tədbirdə təqdimatı qurumun təmsilçisi Turab Teymurov edib.

Təqdimat zamanı konqres iştirakçılarına ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin idmana dövlət səviyyəsində diqqət və qayğı göstərdiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və digər rəsmilər Azərbaycanda idmana göstərilən diqqəti xüsusi fərqləndirib və Akademiyanın fəaliyyətində uğurlar arzulayıb.

Avropa Ağırlıqqaldırma Akademiyasında beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiriləcək. Akademiyadakı tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Akademiyanın Bakıdakı ASK Arenada yerləşməsi nəzərdə tutulub.

Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub.

Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənilib, kommersiya tərəfdaşlarının təqdimatı baş tutub. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Dekabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri