Avropa alt üst oldu: Putin 3 ildir bunu gözləyirdi Ukraynaya xəyanət edildi?
Icma.az, Qaynarinfo-ə istinadən, məlumatı açıqlayır Avropa alt üst oldu: Putin 3 ildir bunu gözləyirdi Ukraynaya xəyanət edildi?.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna danışıqları və ABŞ Müdafiə Naziri Piq Heqsetin açıqlamaları Avropanı həyacan yaradıb. Avropa liderləri ardıcıl açıqlamalar verərək, Rusiya-Ukrayna müharibəsi danışıqlarında itəqnin rolu olmadan davamlı sülhün təmin edilə bilməyəcəyini müdafiə edib. Ağ Ev tərəfindən verilən açıqlamada isə "Hazırda danışıqlara qoşulan heç bir Avropa ölkəsi yoxdur" ifadəsi istifadə olunub. Digər tərəfdən CNN-də yerləşdirilən təhlildə Ukrayna lideri Volodimir Zelenskinin ABŞ səfərində ümid etdiyini tapa bilmədiyi qeyd edib. Zelenski ilə bağlı "Qərbin ortaq mövqeyinin simvolik bir fiquruna çevrildi" deyə təhlil edilərək "Putini bu anı 3 ildir gözlədiyi" bildirilib...
Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığında Ukraynadakı müharibəni müzakirə edib. Tramp "Rusiya və Ukrayna müharibəsində ölümlərin dayandırılması istəyimizdə razılaşdıq. Putin ilə komandalarımızın danışıqlara dərhal başlaması barədə razılıq əldik" deyib.
Tramp Putin ilə görüşünün Səudiyyə Ərəbistanında olacağını bildirərək qeyd edib: "Putin ilə Səudiyyə Ərəbistanında görüşəcəyik. Görüşdə Səudiyyə Ərəbistanının vəliəhd .ahzadəsi Məhəmməd bin Salman da olacaq".
Putindən sonra Ukrayna prezidenti Zelenski ilə də telefon danışığı aparan Tramp onunla danışığın "çox yaxşı" keçdiyini bildirib: "Zelenski də prezident Putin kimi sülh istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları müzakirə etdik, cümə günü Münhendə keçiriləcək və vitse-prezident Cey Di Vens xvə dövlət katibi Marko Rubionun heyətə rəhbərlik edəcəyi görüşü danışdıq. Bu görüşün nəticələrinin müsbət olacağına ümid edirəm".
Rusiya öarlamentinin alt palatası olan Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Moskvada jurnalistlərə verdiyi açıqlamada Putin və Tramp arasında keçirilən telefon danışığını qiymətləndirib. Görüşün əhəmiyyətini vurğulayan Slutski vurğulatyıb: "Putin-Tramp telefon danışığı Qərbin Rusiyaya qarşı mühasirəsini pozdu və iki ölkə arasında dondurulmuş əlaqələrin bərpasına şərait yaratdı".
Görüşdə Putinin Trampı Moskvaya dəvət etdiyini qeyd edən Slutski "Putin və Tramp gələcək görüşlərdə daha çox nəticə əldə edə bilərlər. Müasir dövrdə qlobal təhlükəsizlik və planetdə sülh, nüvə silahına malik iki dövlət arasında münasibətlərin konstruktiv və pragmatik bir istiqamətə yönəlməsindən asılıdır" deyib.
CNN-də yerləşdirilən təhlildə Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı "qəddar və təzyiqçi bir Rusiyaya qarşı Qərbin ortaq mövqeyinin simvolik bir fiquruna çevrildi" ifadəsi qeyd edilir.
"Putin 3 ildir bu anı ildir gözləyirdi" qiymətləndirməsinin yer aldığı təhlildə Zelenskini ABŞ Xəzinədarlığının rəhbəri Skott Bessentin yanında zəif bir mövqedə göstərdiyi qeyd edilib. Təhlilə görə, Zelenski Trampla genişmiqyaslı bir sülh vizyonunu müzakirə etmək üçün üz-üzə görüşmək istəyirdi. Lakin bunun əvəzinə Bessent tərəfindən təqdim edilən və imzalamadığı maliyyə razılaşması ilə qarşılaşıb.
Avropa liderləri əvvəllər Zelenski ilə şəkil çəkdirmək üçün köhnə bir qatarla səyahət edərdilər. Lakin indi Zelenski Trampın zəng siyahısında Putindən sonra ikinci sırada yer alır.
Tramp və Putin danışığından sonra Avropa liderləri Rusiya-Ukrayna müharibəsi danışıqlarında Avropanın rolu olmadan davamlı sülhün təmin edilə bilməyəcəyini müdafiə edib. Britaniya, Fransa və Almaniyanın da daxil olduğu Avropa liderləri Ukraynanın gələcəyi ilə bağlı gələcəkdə ediləcək danışıqların bir hissəsi olmaları lazım olduğunu bildirərək, davamlı sülhün yalnız təhlükəsizlik zəmanətlərini əhatə edən ədalətli bir razılaşma ilə təmin edilə biləcəyini vurğulayıblar.
Fransanın paytaxtı Parisdə keçirilən xarici işlər nazirləri görüşündən sonra edilən birgə açıqlamada deyilir: "Ortaq məqsədimiz Ukraynanı güclü bir mövqeyə gətirmək olmalıdır".
Yeddi Avropa ölkəsi və Avropa Komissiyası tərəfindən edilən açıqlamada qeyd edilir: "Ukraynaya güclü təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Ukraynada ədalətli və davamlı bir sülh, güclü bir transatlantik təhlükəsizlik üçün zəruri bir şərtdir".
Açıqlamada Avropa qüvvələrinin Amerikalı müttəfiqləri ilə hansı yolu izləyəcəklərini müzakirə etməyi dörd gözlə gözlədikləri bildirilib.
Fransa, Britaniya, Almaniya, Polşa, İtaliya, İspaniya, Ukrayna və Avropa Komissiyasından nazirlərin qatıldığı görüşdə çıxış edən Fransa xarici işlər naziri Jan-Noel Barro deyib: "Avropalıların iştirakı olmadan Ukraynada ədalətli və davamlı bir sülh təmin edilə bilməz".
Almaniya xarici işlər naziri Annalena Berbok və İspaniya xarici işlər naziri Xose Manuel Albares Bueno Ukrayna ilə bağlı heç bir qərarın Ukrayna olmadan qəbul edilə bilməyəcəyini bildirərək, Aİ ölkələrini bu mövzuda birlik olmağa çağırıb. "
Ukrayna üçün sülh istəyirik, lakin haqsız bir müharibənin ədalətli bir sülhlə sona çatmasını istəyirik" deyə Albares Bueno bildirib.
Polşa xarici işlər naziri Radoslav Şikorski ABŞ ilə əməkdaşlığın davam etdirilməsinin müzakirə mövzusu olduğunu və Avropa qitəsinin təhlükəsizliyi üçün yaxın transatlantik əməkdaşlıqdan daha yaxşı bir zəmanət olmadığını deyib.
Ağ Ev mətbuat katibi Karolin Levit hər hansı bir Avropa ölkəsinin sülh danışıqlarına qoşulub-qoşulmayacağı sualına "Hal-hazırda danışıqlara qoşulan heç bir Avropa ölkəsi yoxdur" cavabını verib.
Avropa bloku Paris görüşü zamanı Ukraynanın necə gücləndiriləcəyini müzakirə etməyi, gələcək sülh danışıqları üçün planlaşdırma aparmağı və Münhendə keçiriləcək Ukrayna görüşlərində ABŞ administrasiyası ilə danışıqlara necə yanaşacaqlarını müzakirə etməyi hədəfləyirdi. Lakin ABŞ müdafiə naziri Hegsetin Brüsseldə etdiyi açıqlamalar və Tramp ilə Putin görüşü Avropanı alt-üst edib.
Heqset Ukraynanın NATO-ya üzv olmasının müharibənin həllinin bir hissəsi kimi görülmədiyini və Ukraynanın 2014-cü ilə qədərki sərhədlərinə qayıtmasının real olmadığını bildirib: "Bu xəyali məqsədin ardınca getmək yalnız müharibəni uzadacaq və daha çox əzaba səbəb olacaq".
Avropa diplomatları isə Putin və Tramp arasında keçirilən telefon danışığından Avropa liderlərinin əvvəlcədən xəbərdar edilmədiyini və Heqsetin mövqeyi qarşısında təəccübləndiklərini bildiriblər.
Danimarka müdafiə naziri Troels Lund Poulsen ölkəsinin Ukraynanın NATO üzvlüyü mövzusunda ABŞ ilə fərqli baxış bucaqlarına malik olduğunu söyləyib.
Belçikanın paytaxtı Brüsseldə ABŞ müdafiə naziri Pit Heqset ilə görüşən Poulsen Ukraynaya NATO üzvlüyü təklif etmək qərarına gəldiklərini, lakin bunun reallaşması üçün NATO üzvlərinin eyni fikirdə olması lazım olduğunu vurğulayaraq deyib: "Danimarka və ABŞ-nin Ukraynanın NATO üzvlüyü mövzusunda fərqli fikirləri var".
Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirən Poulsen "Məncə, Avropanın 2025-ci ildə Ukraynaya kömək etmək üçün daha böyük məsuliyyət daşıması lazımdır" deyib.
Almaniya müdafiə naziri Boris Pistorius bildirib: "ABŞ-nin danışıqlardan əvvəl Rusiyaya taviz verməməsi daha yaxşı olardı".
Avropa diplomatlarından biri isə Heqsetin açıqlamalarını təslim olmaq kimi qiymətləndirib və Ukraynanın taviz verməyə hazır olmasının Rusiyanı gələcək danışıqlarda daha çox tələb etməyə təşviq edəcəyini bildirib.
NATO baş katibi Mark Rutte isə bunları deyib: "Rusiya hər üç ayda bir bizim NATO olaraq bir ildə istehsal etdiyimiz qədər sursat və silah istehsal edir. Ukrayna ilə bağlı hər hansı bir razılaşma davamlı olmalıdır və Putinin yenidən hücum etməsinə imkan verilməməlidir".
Pit Heqset Brüsseldə keçirilən NATO müdafiə nazirləri görüşündən əvvəl jurnalistlərə açıqlamalar verib. Görüşə qürurla qatıldığını bildirən Heqset "Bir çox insan bilmir. Əfqanıstanda, NATO missiyasında, bir çox igid NATO əsgəri ilə birlikdə ABŞ əsgəri olaraq xidmət etdim" deyib.
O, indi ittifaqın daha böyük bir təhlükə ilə üzləşdiyini qeyd edərək deyib "Bu təcavüzün bir oyanış çağırışı olmalıdır".
ABŞ-nin NATO-nun bir hissəsi olaraq qalacağını, lakin üzvlərin mövcud müdafiə xərclərinin kifayət etmədiyini vurğulayan Heqset ÜDM-in 2%-i səviyyəsində olan hədəfin 5%-ə qaldırılması lazım olduğunu bildirib: "Ukraynada getdikcə daha çox ərazi ələ keçirməyə çalışan bir Rusiya müharibə maşınının olduğunu anlamaq və buna qarşı çıxmaq, Avropanın üzərinə götürməli olduğu mühüm bir məsuliyyətdir. Düşünürəm ki, siz dünən planetin ən yaxşı müzakirəçisi olan prezident Trampın danışıqlar yolu ilə sülhə nail olmaq üçün iki tərəfi bir araya gətirdiyini gördünüz. Bu, sonda hamının istədiyi idi".
Bir jurnalistin ABŞ-ın yeni administrasiyasının yanaşmasının Ukraynaya xəyanət olub-olmaması ilə bağlı sualına Heqset belə cavab verib:
"Bu, sizin dilinizdir, mənim dilim deyil. Bu, əlbəttə ki, xəyanət deyil. Dünən müttəfiqlərimizə dediyim kimi, biz uzun illər ərzində qəbul edilmiş etibarlı öhdəliyi tanıyırıq. Prezident Trampın da qeyd etdiyi kimi, heç bir ölkə Ukrayna missiyasına ABŞ-dan daha böyük öhdəlik götürməyib. Düşünürəm ki, dünya prezident Trampın hakimiyyətinə sahib olduğu üçün şanslıdır. Yalnız o, sülhü bir araya gətirə bilər".
Kreml bu gün bildirib ki, bir gün əvvəl iki prezidentin uzun-uzadı telefon danışığından sonra Donald Tramp və Vladimir Putin arasında üzbəüz görüşün tez bir zamanda təşkil edilməsinə ehtiyac var. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib: "Belə bir görüşün kifayət qədər tez təşkil edilməsinə mütləq ehtiyac var, dövlət başçılarının danışacaqları çox şey var".
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyada səfərdə olan Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə paytaxt Moskvada görüşüb. "Putin və Tramp arasında dünənki telefon danışığından sonra ikitərəfli münasibətlər yaxşılaşa bilərmi?" sualına cavab verən Lavrov ikitərəfli münasibətlərin ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə ən aşağı səviyyəyə düşdüyünə diqqət çəkib:
"Mən təəccübləndim ki, görüşdən sonra dünya buna təəccübləndi və bunu qeyri-adi qəbul etdi. Qərb, xüsusən də Aİ iki ləyaqətli və nəzakətli insanın danışmasına təəccübləndi. İki lider anlayır ki, siyasət oturub danışmaq, ümumi dil tapmaq və fikir ayrılıqlarını kənara qoymamaqdır". Ümid edirəm ki, bu görüş siyasətin nə olduğunu unudanları ayıldacaq"
Aydın
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)