Avropa anbarlarında təbii qazın həcmi 65 mlrd. kubmetrə yaxınlaşır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 58,9% təşkil edir, bu da son beş ilin orta göstəricisindən 9,3 faiz bəndi azdır.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 64,6 mlrd. kubmetr təşkil edir.
Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrünə ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


