Icma.az
close
up
RU
Avropa Azərbaycan münasibətləri: regional əməkdaşlıq imkanları genişlənir

Avropa Azərbaycan münasibətləri: regional əməkdaşlıq imkanları genişlənir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bakı Avrasiyanın həm iqtisadi, həm siyasi, həm də nəqliyyat mərkəzlərindən birinə çevrilib

Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət statusunda çıxış edən, qlobal nizamın yeni və ən fəal aktorlarından biri kimi şöhrət qazanan Azərbaycan özünün çoxşaxəli xarici siyasət strategiyası ilə seçilir. Bu siyasi kurs həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasını müəyyənləşdirir. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində yer alması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir - xüsusilə indiki, yeni geostrateji çağırışlar şəraitində milli dövlətlərin regional və qlobal müstəvidəki yeri və rolu həyata keçirilən xarici siyasətin, ümumi regional inkişafa qazandırdığı yeni keyfiyyətlərin və bölgəsəl təhlükəsizlikdə tutduğu mövqenin çəkisi ilə mütənasiblik təşkil etdiyi bir zamanda ölkəmizin tutduğu mövqe bütün dövlətlər və təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Praqmatik və eyni zamanda, davamlı, nəticəyə hədəflənmiş siyasət milli maraqları özündə ehtiva etməklə yanaşı, regional müstəvidə yeni situasiyaların formalaşmasını, yeni iqtisadi nizamın daha da güclənməsini və davamlı perspektivlərin yaranmasını təmin etməkdədir - bu kimi nailiyyətlər isə nəticə etibarı ilə ölkəni regional sabitləşdirici faktora çevrliir.

Qitə ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr...

Qeyd edək ki, Azərbaycanın Avropa kontingenti ilə əlaqələri də çoxşaxəli və dinamik əməkdaşlığa əsaslanır. Bu münasibətlər bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri üzərində formalaşıb. Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan etibarlı tərəfdaşdır - xüsusilə enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin inkişafı, regionda sabitliyin qorunması və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından bu əlaqələr olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan - Avropa münasibətləri qarşılıqlı maraqların uzlaşdığı, regionda sülh, sabitlik və inkişafın təmininə yönəlmiş strateji tərəfdaşlıq modelinə çevrilib. Qitə ilə ölkəmiz arasındakı siyasi dialoq, ticarət dövriyyəsinin artması, “Yaşıl gündəm” çərçivəsində əməkdaşlıq və humanitar sahədə geniş layihələr bu əlaqələrin möhkəm təməl üzərində qurulduğunu göstərir.

Qlobal dünyaya sülh nümunəsi...

Yeri gəlmişkən, Prezident İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaradıb.

Həqiqətən də sülh prosesi nəinki tək Cənubi Qafqaz üçün, eynilə Avropa məkanı üçün də yüksək perspektivdlər, proqnozlar vəd edir. Nəzərə alsaq ki, dünyada artıq yeni siyasi-iqtisadi nizam formalaşdmaqdadır, Cənubi Qafqaz Aİ-nin Şərq kontingenti ilə əlaqələrinin qurulmasında açar rolunu oynayacaq. Paralel olaraq bu proses ümumən qitənin təhlükəsizlik indeksinin yüksəlməsinə, təhlükəsizlik arxitekturasının yenidən və daha möhkəm qurulmasına yol açacaq. Azərbaycanın qətiyyəti ilə inkişaf edən sülhyaratma prsosesi bütün dünya üçün bir nümunədir. Bakı rejgional toqquşmadan regional əməkdaşlığa doğru mühüm bir yol qət edib və yolun inkişaf trayektoriyasını model olaraq qlobal dünyaya təqdim etməkdədir. Sülh prosesi inkişafın ən mühüm amilidir -  Bakı bu faktı bir daha sübuta yetirdi. Məhz sülhün ardından Şərq-Qərb logistika üçün olduqca vacib yeni seqmentin aktuallaşması reallaşdı. Beləliklə, Azərbaycan Vaşinqtonda qlobal təsdiqini qazanan sülh prosesini inkişaf etdirməklə həm beynəlxalq iqtisadi münasibətlər sisteminə, həm siyasi münasibətlər sistemini, həm də ticari əlaqələri yeni bir müstəviyə daşıdı.

ATƏT-in Minsk Qrupunun ləğvi...

Görüş zamanı Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirdi.

Bəli, 44 günlük Vətən müharibəsi və 2023-cü il antitetrror tədbirlərinin yaratdığı yeni reallıqların siyasi nəticələri, siyasi uğurları artıq özünü göstərməkdədir. ATƏT-in Minsk Qrupunun işinə xitam verilməsi ilə abğlı qərar da məhz bunun göstəricisidir. Qeyd edək ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 2025-ci il dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan olunub.

Vurğulayaq ki, 44 günlük müharibə ilə başa çatan münaqişə həm də ATƏT-in Minsk qrupunun ləğvini aktuallaşdırmışdı. Artıq tərəflər vasitəçiz bir ortamda razılaşma əldə ediblər - son reallıqlar isə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyub. Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər isə sülh yolunda ən mühüm addımlardan biri kimi tarixə yazıldı - beləliklə, artıq münaqişə olmadığı üçün onu həll etmək üçün yaradılan quruma da ehtiyac qalmır...

Zəngəzur dəhlizi (TRİPP) bütün bölgə üçün faydalı olacaq...

Keçirilən görüşdə Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxundu, onun bütün bölgə üçün faydalı olacağını deyib.

Göründüyü kimi, Azərbaycan son 5 ildə böyük geostrateji əhəmiyyətə malik olan coğrafiyada yeni inkişaf mərhələsi yaradıb. Bu, gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitini daha da ön plana çıxarıb. Avropa məkanı belə Şərq-Qərb tranziti üzrə daşınmada Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayır. Avropa, hətta bütövlükdə Qərb Zəngəzur dəhlizi (TRİPP) vasitəsilə daşınmaların daha effektiv və tez çatdırılması amilini etiraf edir. Bu daşınmaların ən mühüm halqasını məhz Azərbaycan təşkil edir. Təsadüfi deyildi ki, bir müddət öncə Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer də, bu ilin avqustunda bakıya səfər etmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da bu məsələni xüsusi vurğulamışdılar. Beləliklə, Avropa məkanı da bütövlükdə prosesin uğurlu inkişafında maraqlı olduğunu dilə gətirir. Hətta onlar həm enerji sahəsində, həm də Şərq-Qərb transformasiyası üzərindən qarşılıqlı biznes mühitinin inkişafı üçün yeni yollara ehtiyac olduğunu açıq şəkildə etiraf edirlər. Zəngəzur dəhilizi (TRİPP) Avropa ilə Şərq arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına yol açacaq - paralel olaraq xətt üzrə əlaqələrin genişləndirilməsində, şaxələndirilməsində Azərbaycanın regional rolu böyükdür.

P. İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri